Tariel Jarkimbayev (17 sentyabr 1996) — Qırğızıstanlı xizək yürüşçüsü. Tariel Jarkimbayev Qırğızıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Tariel Jarkimbayev birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jarkimbayev 4:05.99 saniyəlik nəticəsi ilə 80 atlet arasında 78-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.

Mənbələr

İstinadlar

Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında xizəkçilər