Asetilendikarbon turşusu - rəngsiz kristal maddədir;dihidrat əmələ gətirir. Fiziki xassələri Suda , etanolda və efirdə yaxşı həll olur. Kimyəvi xassələri H2SO4 və p-toluolsulfoturşunun iştirakında spirtlərlə diefir, PCl5 və NH3-lə müvafiq olaraq dixloranhidrid və diamid əmələ gətirir. Sirkə turşusu mühitində PCl5-in köməyi ilə xlorlaşdırdıqda xlorfumar və dixlorfumar turşularının qarışığı, KMnO4-dən istifadə etməklə oksidləşdirdikdə isə oksalat turşusu əmələ gətirir. Butadienlə dien sintezinə daxil olaraq heksadien-1,2-dikarbon turşusuna çevrilir. Asetilendikarbon turşusunun trimerləşməsi nəticəsində mellit turşusu əmələ gəlir. Pd/BaSO4 üzərində katalitik hidrogenləşməsi reaksiyanın aparılma şəraitindən asılı olaraq malein və ya kəhraba turşusunun alınması ilə nəticələnir. A.t.-nin dimetilefirinin hidrazinlə və ya alifatik diazobirləşmələrlə təsirindən pirazol törəmələri, hidroksilaminlə təsirindən oksazol törəmələri, azidlərlə və HN3-lə təsirindən isə 1,2,3-triazollar əmələ gəlir, məs. :
Alınması: Asetilendikarbon turşusunu KOH-ın α, β-dibromkəhraba turşusuna (çıxım 80%) və ya qələvinin spirtdə məhlulunun α-xlormalein və ya α-xlorfumar turşusuna təsirindən alırlar. A.t.-nin dimetilefiri güclü lakrimatordur (gözyaşardıcı), dəridə irinli yaralar əmələ gətirir. Tətbiqi Asetilendikarbon turşusu mellit və alkoksifumar turşularının, dienlərin sintezində aralıq məhsuludur. Mənbə Синтезы органических препаратов, пер.с анг., сб. 2, М., 1949. Химия ацетиленовых соединений, пер.с анг., М., 1973. Общая органическая химия, пер.с анг., т. 4, М., 1983, с. 129-132.
Kateqoriya:Doymamış karbon turşuları Kateqoriya:İkiəsaslı karbon turşuları