Naxçıvan əhalisi — Naxçıvan Muxtar Respublikasında yaşayan əhali.

Səfəvilər dövründə Azərbaycanın tərkib hissəsi olan Naxçıvan diyarında hələ qədimdən müəyyən türk tayfaları yaşamışdır. Türklər hər zaman bu diyarın yerli sakinləri olmuşQeybullayev Q. Naxçıvan ərazisində azərbaycanlıların qədim etnik tarixinə dair // Tarix və onun problemləri. 1999, № 2, s. 37–44, Səfəvilər dövründə də Naxçıvan əhalisinin çox az bir qismi müxtəlif ölkələrdən (Mərkəzi Asiya, Ərəbistan, Hindistan və s.) bura gələn bir sıra peşə sahibləri – səyyahlar, tacirlər, sənətkarlar, alimlər və s. istisna olmaqlaAzərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989, s. 230–238, yerli əhalinin etnik tərkibinin əsasını türk tayfaları təşkil etmişdir.

Bölgədə yaşayan əhalinin etnik tərkibinin araşdırılması sahəsində müxtəlif vaxtlarda akademik B. BudaqovBudaqov В., Qeybullayev Q. Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta-Pres, 2004, 120 s., İ. HacıyevHacıyev İ. M. Naxçıvan bölgəsinin etnik tarixinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2009, № 1, s. 5–11, t.e.d. Q. Qeybullayev, t.ü.f.d. İ. KəngərliKəngərli. İ. İ. Kəngərli elinin soy kitabı. Bakı: Nurlan, 2005, 296 s., F. RzayevRzayev F. H. Naxçıvan əhalisinin etnogenezi tarixindən (e.ə. VI–III minilliklər). Naxçıvan: Əcəmi, 2014, 448 s., İ. ƏliyevƏliyev İ. N. Səfəvilər dövrü Naxçıvan əhalisinin etnik tərkibi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2017, № 1, s. 147–154 və başqa alimlər tərəfindən müəyyən tədqiqatlar aparılmışdır. Səfəvilər dövründə bölgə əhalisinin etnik tərkibinin ayrıca tədqiqi ermənilərin bu yerlərdə XIX yüzillikdən geniş şəkildə məskunlaşdıqlarını bir daha göstərir.

Osmanlı mənbələri Səfəvilər dövründə Naxçıvan əhalisi haqqında dəqiq və ətraflı məlumat verən mənbələrdən "İrəvan əyalətinin icmal dəftəri" (1590-cı il)İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 1996, 184 s və "Naxçıvan sancağının müfəssəl dəftəri" (1727-ci il) sənədləri çox əhəmiyyətlidirNaxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 2001, 376 s.. Səfəvilər dövründə Naxçıvan diyarı osmanlıların hərbi-strateji maraqlarında olduğundan onlar iki dəfə bölgəni tutmuş və müəyyən müddətə (1588–1603; 1724–1736-cı illər) buranı idarə etmişlər. Adı çəkilən statistik məlumat xarakterli bu sənədlər də həmin idarəçilik illərində Naxçıvan sancağının inzibati ərazi bölgüsü üzrə tərtib edilmişdir. Bəhs edilən sənədlərdə hamısı Azərbaycan mənşəli yer adları daşıyan kənd, qəsəbə, şəhər və s. yaşayış yerlərinin iyirmi yaşdan yuxarı kişi sakinləri adbaad siyahıya alınmış, bölgə əhalisinin yerləşməsi, miqrasiyası, sayı, etnik tərkibi və s. məsələlərlə bağlı xeyli obyektiv məlumat öz əksini tapmışdır. XVI əsrin son rübündə, 1578–1590-cı illərdə baş vermiş Osmanlı-Səfəvi müharibəsi Naxçıvanın demoqrafik vəziyyətinə çox ağır təsir göstərmişdi. Nəticədə bir çox kəndlər tamamilə əhalisiz qalmışdır. Hətta Naxçıvan sancağının Bazarçayı, Zar, Zəbil kimi nahiyələri bütünlüklə boşaldığından bu sancağın daxil edildiyi 1590-cı ilə aid "İrəvan əyalətinin müfəssəl dəftəri"ni tərtib edərkən onların qarşısında "heç kim yaşamır" ifadəsi qeyd olunmuşdur. Bu sənəddə göstərilənlərdən məlum olur ki, XVI əsrin sonunda Naxçıvan sancağının 393 yaşayış məskənindən 269-nun əhalisi öz yerlərini tərk etmişdir. Qeyd edək ki, Osmanlı-Səfəvi müharibələri zamanı əsir götürmələr və sürgün etmələr də əhalinin sayına mənfi təsir göstərirdi. Belə hadisələrdən birində göstərilir ki, 1579-cu ildə osmanlılar tərəfindən Naxçıvan şəhəri və onun ətraf yerlərindən 40 mindən artıq əsir aparılmışdırMəmmədov R. A. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı: Elm, 1977, 158 s.. Bölgə ərazisindəki yaşayış yerlərinin belə kütləvi şəkildə əhalisizləşməsinin nəticəsidir ki, 1590-cı ildə Naxçıvan sancağı üzrə 6037 nəfər vergi mükəlləfiyəti daşıyan, 20 yaşdan yuxarı şəxsin (kişilərin) adı qeydə alınmışdır (16, s. 12). Əhali sayının azalmasına sonrakı yüzillikdə baş verən Osmanlı-Səfəvi müharibələri də təsir etmişdir. Məsələn, I Şah Abbasın 1605-ci ildə həyata keçirdiyi "Böyük sürgün" siyasəti zamanı Naxçıvan bölgəsindən 70 mindən artıq sakin öz torpaqlarından sürgün edilmişdir (13, s. 134).

Etnik tərkibi Vergilərin toplanması məqsədilə Osmanlı idarəçiliyi zamanı tərtib edilmiş bu sənədlərdə ərazidə yaşayan əhali milli tərkibinə görə yox, dini mənsubiyyətinə görə bölünmüşdür. Hər iki dəftərdən aydın şəkildə görünür ki, qeyri-müsəlmanlar əhalinin ümumi tərkibinə görə çox az bir faizini təşkil etmişlər. "Naxçıvan sancağının müfəssəl dəftəri" üzrə aparılan hesablamaların nəticəsindən məlum olmuşdur ki, 1727-ci ildə osmanlılar tərəfindən qüvvəyə minən "Naxçıvan sancağının müfəssəl dəftəri" üzrə 331 şəhər, qəsəbə, kənd və s. yaşayış yeri qeydə alınmışdır ki, burada 9240 nəfər 20 yaşdan yuxarı kişi əhalinin yaşadığı məlum olur. Qeyd edək ki, bu zaman Naxçıvan sancağının inzibati baxımdan bölündüyü 14 nahiyə (Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərənürgüt, Sisyan və Dərələyəz) bölgənin tarixi torpaqlarını əhatə etmiş və həmin vaxt onun tərkibinə sonralar itirilmiş Azərbaycan torpaqları da daxil olmuşdur. Yuxarıda göstərildiyi kimi, XVI əsrin sonunda Naxçıvan sancağının 393 yaşayış məskənindən 269-nun əhalisi öz yerlərini tərk etmişdir. Amma XVIII əsrin 20-ci illərində tamamilə boşalmış yaşayış yerlərinin sayı 95-ə enmişdir. Boş qalmış yaşayış yerlərində insanların məskunlaşması bir tərəfdən yaxşı idisə, digər tərəfdən çox pis idi. Çünki sonradan məskunlaşan əhalinin müəyyən hissəsi yerli deyil, gəlmələr idi. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə bir çox kəndlər – Əlincə nahiyəsinin 1, Dərəşahbuz nahiyəsinin 3, Mülki-Arslan nahiyəsinin 1, Məvaziyi-Xatun nahiyəsinin 2, Qışlağat nahiyəsinin 1, Azadciran nahiyəsinin 3, Şorlut nahiyəsinin 1, Sisyan nahiyəsinin 8, Dərələyəz nahiyəsinin 30 kəndi vardır ki, XVI əsrin sonunda bu kəndlərin bir neçəsini çıxmaqla qalan əksəriyyətində ancaq müsəlmanlar yaşamışdır. Lakin XVIII əsrin 20-ci illərində adlarını sadaladığımız kəndlərdə qeyri-müsəlmanların məskunlaşdığı göstərilmişdir. Bir faktı da vurğulamaq lazımdır ki, müsəlman olmayanlar sonradan məskunlaşdığı üçün bu kəndlərin əksəriyyətində çox az sayda olmuşlar. Məsələn, Dərələyəz nahiyəsinin qeyri-müsəlmanlar məskunlaşmış 3 kəndinin hər birində 1 nəfər, 12 kəndinin hər birində 2 nəfər, 7 kəndinin hər birində 3 nəfər vergi mükəlləfiyəti daşıyan qeyri-müsəlman qeydə alınmışdır. Belə az sayda olmaları da onların sonradan məskunlaşdığını sübut edir. Göründüyü kimi XVI əsrin sonunda qeyri-müsəlmanların sayı XVIII əsrin əvvəllərindəki ilə müqayisədə xeyli az olmuşdur. Bəhs edilən kəndlərdə qeyri-müsəlmanların məskunlaşmasının bir sıra səbəbləri olmuşdur. Birinci növbədə Osmanlı-Səfəvi müharibələri zamanı qeyri-müsəlmanlara toxunulmaması bu yerlərdə onların yerləşməsinə imkanlar açmışdıƏliyev İ. N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, s. 129. İkinci hələ Səfəvilər dövləti zamanından qeyri-müsəlmanlar bu torpaqlarda məqsədli şəkildə məskunlaşmağa başlamışdılar. Məsələn, başqa vilayətlərdən olan qeyri-müsəlman iş adamları bölgədə özlərinə torpaq sahələri satın alırdılarМамедов С. А. Азербайджан по источникам XV-первой половины XVIII вв. Баку: Элм, 1993, с.46–49. Üçüncü bir sıra kəndlərdə qeyri-müsəlman mühacirlərin yaşaması I Şah Abbas tərəfindən XVII əsrin əvvəllərində Çuxursəd bəylərbəyiliyindən sürgün olunmuş həmin əhalinin əsrin ikinci yarısında sürgündən qayıdarkən əvvəlki yerlərində deyil, Naxçıvan sancağında məskunlaşması nəticəsində yaranmışdıNaxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 2001, s. 113. Qeyri-müsəlman əhalinin də milli tərkibi fərqli olmuşdur. Belə ki, məsələn, 1727-ci ilə aid "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə Əlincə nahiyəsinin Bənənyar kəndinin 89 nəfər qeyri-müsəlman əhalisinin hamısının Firəng tayfasından olduğu göstərilmişdirNaxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 2001, s. 69. Mülki-Arslan nahiyəsinin Cəhri kəndində isə 81 nəfər firəngin olduğu verilmişdir. Burada diqqət çəkən bir məqamı qeyd etmək yerinə düşər ki, bu siyahıda göstərilən 81 nəfər firəngdən əvvəl kəndin qeyri-müsəlman əhalisi göstərilmişdirNaxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 2001, s. 129. Bu onu deməyə əsas verir ki, həmin firəng tayfasından olanlar qeyri-müsəlman olmamışlar. Elə həmin mənbədə müsəlmanlığı yenicə qəbul etmiş 1 nəfərin adına rast gəlirikNaxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 2001, s. 128 ki, bu fikri həmin firənglərə də aid etsək, deməli onlar da müsəlmanlığı qəbul etmiş sayılırdı. XVII əsr türk səyyahı E. Çələbi də bölgə əhalisinin etnik tərkibindən bəhs edərkən göstərmişdir ki, burada yəhudilər çoxdur, monqol tərəkəmə ləhcəsi ilə danışan tayfa və s. vardırEvliya Çelebi Seyahatnamesi. Sadeleştiren, tevsik temel kuran Necati Aktaş, baskıya hazırlayan Mumin Çevik: 10 ciltte, I–II c., İstanbul: Üçdal Neşriyat, 1985, s. 566–568. Mətndən aydın olur ki, "çoxdur" ifadəsi başqa etnik azlıqlarla müqayisədə belə verilmişdir. E. Çələbinin qeydləri onu deməyə əsas verir ki, qeyri-müsəlmanların etnik tərkibi ilə yanaşı, dini mənsubiyyəti də fərqli olmuşdur. Qaldı ki, müsəlman əhalinin sayına müəllif elə həmin yerdə şiə əhalinin nəinki çoxluğundan, hətta onların müxtəlif firqələrindən də bəhs etmişdir. Səfəvilər dövründə Naxçıvan əhalisinin əksər hissəsini müsəlman türk tayfaları təşkil etmişdir. Bu zaman Naxçıvanda Kəngərli, Zikri, Beyləqani, Məfruzi, Qızıllı-Şəkərli və s. türk tayfaları yaşamışdırПередняя Азия в документах (серия памяти Ю. Н. Марра). Книга I. Нахичеванские рукописные документы XVII–XIX в.в. Перевод и комментарии К. Н. Смирнова и Дж. Гаибова. Под редакцией доктора Ю. Н. Марра, Тифлис: Из-во Грузинского филиала Академии Наук СССР, 1936, s. 135. Əlbəttə ki, bu tayfalar bəhs edilən dövrdən çox-çox əvvəllər bölgənin yerli əhalisi olmuşlar.

Kəngərli tayfası