Liza del Cokondo (; ), həmçinin Liza Gerardini, Cokonda və ya Mona Liza — İtaliyanın Florensiya və Toskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinə verilmişdir.
Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür.
Lizanın ölümündən əsrlər sonra onun portreti olan "Mona Liza" dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın "Mona Liza" üçün model olması dəqiqləşdirilmişdir.
Erkən həyatı və ailəsi Liza Florensiyanın qədim zadəgan ailəsindən olsa da, zaman keçdikcə onun ailəsi nüfuzunu itirmişdi.Pallanti 2006, p. 58 Onlar varlı olmasalar da, kasıb həyat da sürmürdülər, Lizanın ailəsi Avropanın ən böyük kənd təsərrüfatlarından birinə malik idi. Ailənin imkanlarına baxmayaraq onun üzvləri arasında zənginlik fərqləri var idi.Pallanti 2006, pp. 17, 23, 24
Lizanın atası Antonmariya di Noldo Gerardini iki dəfə (1465-ci ildə Liza di Covanni Filippo de Kardukki, 1473-cü ildə Katerina di Mariotto Rukellai ilə) evlənmiş və hər iki həyat yoldaşını itirmişdir. Onların hər ikisi doğuş zamanı vəfat etmişdir.Pallanti 2006, p. 37 Lizanın anası olan Lukresiya del Kakkiya Pyera Spinellinin qızı və 1476-cı ildə Gerardini ilə ailə quraraq onun üçüncü həyat yoldaşı olmuşdur. Gerardini bir müddət şərab, buğda və zeytun yağı istehsal edən, həmçinin heyvandarlığı ilə tanınan altı Kyanti fermasına sahib olmuşdur.Pallanti 2006, pp. 41–44
Liza 15 yanvar 1479-cu ildə Via Maccioda doğulmuşdur, lakin, uzun illər ərzində onun Qreve-in-Kyanti yaxınlığındakı Villa Viqnamaccioda doğulması güman edilirdi. O, ata tərəfdən babasının həyat yoldaşı Lizanın şərəfinə adlandırılmışdır.Pallanti 2006, p. 40 Ailənin yeddi uşağından ən böyüyü olan Lizanın birinin adı Cenevra olan üç bacısı və Ciobanqualberto, Françesko və Noldo adlı üç qardaşı olmuşdur.Pallanti 2006, p. 44
Ailə əvvəlcə Florensiyada Santa-Trinita kilsəsi yaxınlığında, daha sonra isə ehtimal ki, qəzalı evi təmir etdirə bilmədiklərinə görə, Santo-Spirito kilsəsi yaxınlığında icarə edilmiş evdə yaşamışlar. Daha sonra Lizanın ailəsi bu gün Via dei Pepi adlandırılan yerə, daha sonra isə Santa-Kroçe kilsəsi yaxınlığına köçərək Leonardo da Vinçinin atası Ser Pyero da Vinçi ilə qonşu olmuşdur.Pallanti 2006, pp. 45–46 Onlar həmçinin şəhərdən 32 km cənubda yerləşən Poccio ərazisindəki San-Donato kəndində evə malik idilər.Zöllner 1993, p. 4 Gerardinin atası və Lizanın babası Noldo Kyanti fermalarını Santa-Mariya-Nuova hospitalına vəsiyyət etmişdi. Gerardini buğda yığımına nəzarət etmək üçün yay vaxtını Ka' di Pesa evində keçirirdi.
Evliliyi və sonrakı həyatı thumb|left|Mərkəzi Florensiya. Françesko və Liza Arno çayından təxminən 1 km şimalda yerləşən Via della Stufada (qırmızı ilə göstərilib) yaşayırdılar. Lizanın valideynləri isə çaya yaxın yaşayırdılar: əvvəlcə şimalda, daha sonra isə cənubda (bənövşəyi ilə göstərilib). 1495-ci ildə 15 yaşlı Liza məşhur geyim və ipək taciri Françesko di Bartolomeo di Zanobi del Cokondo ilə evlənərək onun üçüncü həyat yoldaşı olmuşdur. Lizanın cehizi 170 florin və San-Silvestro ferması olmuşdur ki, bu da Gerardini ailəsinin o zaman varlı olmadığını, onların evlilik səbəbinin isə bir-birlərini sevdiklərini düşünməyə əsas verir.Zöllner 1993, p. 5 Ərazi sonradan Mikelancelo tərəfindən alınmış Kastellina və San-Donato fermaları arasında yerləşirdi. Nə kasıb olmayan, nə də Florensiyanın varlıları arasında yer almayan ailə orta səviyyəli həyat sürmüşdür. Lizanın evliliyi onun sosial statusunu yaxşılaşdıra bilərdi, çünki həyat yoldaşının maddi durumu onun ailəsinin maddi durumundan daha yaxşı idi. Ehtimal ki, Gerardini də bu evlilikdən qazanc əldə etmişdi, çünki, Gerardini şəhərin ən qədim ailələrindən biri idi. Françesko Via della Stufadakı köhnə evlərinin qonşuluğunda ev alana kimi onlar 5 mart 1503-cü ilədək yataqxanada yaşamışlar. Leonardonun da portret üzərində həmin il çalışmağa başladığı güman edilir.Zöllner 1993, p. 9
Liza və Françeskonun beş uşağı olmuşdur: Pyero, Kamilla, Andrea, Cokondo və Marietta, onlardan dördü 1496–1507-ci illərdə doğulmuşdur. 1499-cu ildə Liza qız övladını itirmişdir. Liza həm də Françeskonun ikinci həyat yoldaşından olan və anasının ölümü zamanı bir yaşlı Bartolomeonu da böyütmüşdür. Lizanın ögey anası Katerina di Mariotto Rukellai və Françeskonun brinci həyat yoldaşı bacı olmaqla Rukellai ailəsindən idilər.
Kamilla və Marietta katolik rahibələri olurlar. Kamilla Suor Beatris adını götürür və San-Domeniko di Kafaccio monastırına daxil olur, burada ona Antonmarianın bacısı Suor Albiera, Lizanın bacıları Suor Kamilla (dörd kişi ilə monastırda yaxalandıqdan sonra bəraət almışdı) və Suor Alessandraya qulluq etmək həvalə olunur.Pallanti 2006, pp. 61–62 Beatris 18 yaşında vəfat edir və Santa-Mariya Novella bazilikasında dəfn olunur.Müntz 1898, p. 154 Liza Florensiyada böyük nüfuza malik olan Sant-Orsola monastırı ilə yaxşı əlaqə saxlayır və 1521-ci ildə qızı Mariettanı həmin monastırda yerləşdirə bilir. Suor Lüdovika adını götürən Marietta zaman keçdikcə monastırın ən hörmətli rahibələrindən birinə çevrilir.Pallanti 2006, p. 63
Françesko Florensiyada dövlət qulluğunda çalışmağa başlayır. 1499-cu ildə o, Dodiçi Buonominiyə, 1512-ci ildə isə Floresniya Sinyorisinə üzv seçilir, 1524-cü ildə isə Priori təyin edilir. Onun Mediçi ailəsi ilə siyasi və ya ticarət əlaqələrinin olması ehtimal edilir. Belə ki, 1512-ci ildə Florensiya hökuməti Mediçiləri şəhərdən qovduqda Françesko həbs edilir və 1.000 florin dəyərində cərimələnir. Sentyabrda Mediçilərin şəhərə qayıtmasından sonra isə o, azad edilir.
Bir mənbədə bildirilir ki, o, 1538-ci ildə vəfat edir. Liza xəstələnir və qızı Lüdovika tərəfindən Sent-Ursula monastırına gətirilir və dörd il sonra 63 yaşında həmin monastırda vəfat edir.
1537-ci ilin iyununda Lizanın cehizini, geyim və zinət əşyalarını özünə qaytaran Françesko onun gələcəyini təmin edir. Onun qayğısına qalmağı qızı Lüdovikaya, o bacarmadığı halda isə oğlu Bratolomeoya həvalə edən Françesko yazır: "Mona Lizanın mənə bəxş etdiyi sevgi və qayğını, həmçinin hər zaman sadiq və düzgün xanım olmasını nəzərə alaraq, onun ehtiyacı olan hər şeylə təmin edilməsini istəyirəm…"Pallanti 2006, p. 105
Ölümü Liza del Cakondo ömrünün son illərini Florensiyadakı Sent-Ursula monastırında keçirir və 15 iyul 1542-ci ildə, 63 yaşında vəfat edir. Tədqiqatçıların fikrinə görə 1539-cu ildə vəfat edərkən Françesko təxminən 80 yaşlarında idi. Liza ehtimal ki, 1551-ci ilə kimi, 71–72 yaşlarına qədər yaşamış ola bilərdi.
Mona Liza thumb|Leonardo da Vinçinin Mona Liza (, , ) rəsmi, Luvr muzeyi
Digər imkanlı Florensiya ailələri kimi Françeskonun da ailəsi incəsənətlə maraqlanmış və sənətkarlara hamilik etmişdir. Françeskonun oğlu Bartolomeo Antonio di Donnino Mazzieriyə ailənin dəfn yeri olan Santissima-Annunsiata bazilikasını freskolarla bəzəməyi sifariş etmişdi. Andrea del Sarto ailənin başqa bir üzvünün sifarişi ilə Madonna rəsmi işləmişdir. Françesko Leonardoya həyat yoldaşının, Domeniko Puliqoya isə Müqəddəs Fransiskin portretlərini çəkməyi sifariş etmişdi. Lizanın portretini o, Andreanın doğulması və ailənin üv almasını qeyd etmək üçün sifariş etmişdi.
Mona Liza XV–XVI əsr qadın portreti tələblərinə əsasən çəkilmişdir. O, sadiq xanım jesti ilə göstərilir – onun sağ əli sol əlinin üstündə tutulub. Leonardo həm də Lizanı olduğundan daha dəbli və uğurlu göstərmişdir. Onun tünd geyimi və qara vualı İspaniya təsiri ilə yayılmış yüksək dəb göstəricisi idi; bəzi tədqiqatçıların qeyd etdiyi kimi belə geyim heç də onun ölmüş qızına matəm saxlamasını göstərmir. Portret heyranedici böyük ölçüyə malikdir; onun ölçüsü o dövrün daha zəngin messenatlarının sifariş etdiyi rəsmlərin ölçüsünə bərabərdir. Bu ekstravaqantlıq Françesko və Lizanın sosial səviyyəsini yüksəltməyə cəhd kimi qiymətləndirilir.Zöllner 1993, p. 12 200px|thumb|left|1911-ci ildə Mona Lizanın Luvrdan oğurlanmasından sonra, 1960–1970-ci illər ərzində əsər Asiyadan Amerikaya kimi müxtəlif ölkələrdə sərgilənmişdir ki, bu da onun məşhurluğunu daha da artırmışdır. 1503-cü ildə Leonardonun heç bir gəlir mənbəyi yox idi və bu onun şəxsi portret sifarişi ilə maraqlanmasını izah edə bilər.Zöllner 1993, p. 7 Lakin, həmin ilin sonlarına yaxın, o, sifarişini təxirə salmalı olur, çünki daha dəyərli sifariş olan "Anginari döyüşü" rəsmi üzərində işləmək sifarişi alır, digər əsərini isə 1505-ci ildə tamamlayır.Müntz 1898, p. 136 1506-cı ildə Leonardo hələ də portreti tamamlanmamış hesab edirdi. O, əsərə görə ödəniş almamış və onu sifarişçiyə təhvil verməmişdir.Zöllner 1993, p. 6 Rəssamın əsərləri özü ilə birlikdə səfər etmiş və Mona Liza illər sonra, ehtimal ki, 1516-cı ildə Fransada tamamlanmışdır.
Əsərin adı 1550-ci ilə aid edilir Françeskonun ailəsinin bir neçə üzvü ilə tanış olan Corco Vazari yazır: "Leonardo, Françesko del Cakondo üçün onun həyat yoldaşı Mona Lizanın portretini çəkməyi öhdəsinə götürdü." () Portretin italyanca adı olan xanımın həyat yoldaşı soy adının qadın formasıdır. Fransız dilli mənbələrdə portret adlı ilə tanınır. Lizanın soy adından alınmasına baxmayaraq, həmin söz həm də "xoşbəxt" (ingiliscə "jocund") və ya "xoşbəxt biri" anlamını verən sözlə də əlaqələndirilir. thumb|right|Aqostino Vespuççinin qeydi Müxtəlif fikirlərə əsasən Lizanın adı dörd fərqli rəsm əsəri, şəxsiyyəti isə on müxtəlif insanla identikləşdirilmişdir. və və və və və XX əsrin sonlarında əsər qlobal sənət ikonasına çevrilmişdir.Sassoon 2001, Abstract and p. 16
2005-ci ildə Heydelberq Universiteti Kitabxanasının mütəxəssisinin aşkaraq çıxardığı qeyd ənənəvi olaraq hesab edildiyi kimi, əsərdə Lizanın təsvir olunmasını sübuta yetirmişdir. 1503-cü ildə Aqostino Vespuççi tərəfindən yazılmış qeyddə bildirilir ki, Leonardo Liza del Cakondonun portreti üzərində işləmişdir. XVI əsrdə kral I Fransisk tərəfindən alındıqdan sonra Mona Liza Fransada saxlanmışdır; lakin, Böyük Fransa inqlabından sonra o, xalqın mülkiyyətinə keçmişdir.Sassoon 2001, p. 8 Bu gün, Luvrda Fransa milli kolleksiyasına daxil olan əsəri, hər il təxminən altı milyon adam ziyarət edir. və
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İtaliya rəssamlarının modelləri Kateqoriya:Mona Liza Kateqoriya:XV əsr İtaliya şəxsləri Kateqoriya:XVI əsr İtaliya şəxsləri Kateqoriya:XVI əsr İtaliya qadınları Kateqoriya:İtaliya şəxsləri