Konqsoya () — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Kral Karl Torpağının bir hissəsini təşkil edir. Ada Norveçə məxsusdur.

Coğrafiyası Daxil olduğu qrupun ən böyük adasıdır. Lonqyirbyuendən 260 km şimal-şərqdə, Şimal-Şərq Torpağından isə 80 km cənubda yerləşir. Adasnın sahəsi 191 km², maksimal hündürlüyü isə 320 metrdir. Ada bitki örtüyü baxımından olduqca kasıbdır.

Əhəmiyyəti Konqsoya, Vrangel adası (Rusiya) və Çörçill burnu (kanada) ağ ayıların dünya miqyasında əsas yaşayış mühiti hesab edilir Ada Nordaust-Svalbard qoruğu ərazisinə daxildir.

Mənbə Place names in Norwegian polar areas

İstinadlar

Kateqoriya:Şpisbergen arxipelaqına daxil olan adalar Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları