Naxçıvantəpə — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid yaşayış yeri e.ə. 5-ci minilliyin birinci yarısına aid edilir.Baxşəliyev V, Quliyeva Z, Həşimova T, Mehbalıyev K, Baxşəliyev E.

Coğrafi mövqeyi Naxçıvan təpə yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 m yüksəklikdə yerləşir. Yaşayış yeri Naxçıvançay sularının açdığı yarğanın üzərində salınıb. Ehtimal ki, çay vaxtilə yaşayış yerinin yaxınlığından keçirmiş, hazırda isə ondan 200 m aralıdadır.

Naxçıvanda Neolit və Eneolit ​​dövrü ilə bağlı tədqiqatlar Naxçıvanda 2000–2019-cu illərdə aparılan araşdırmalar zamanı Neolit və Eneolit dövrünə aid xeyli arxeoloji abidə aşkar olunmuşdur. Bu abidələr Neolit və Eneolit dövrünün müxtəlif mərhələlərini, həmçinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələri öyrənmək baxımından əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, Yaxın Şərqlə Cənubi Qafqaz arasındakı iqtisadi-mədəni əlaqələr qarşılıqlı olmuşdur, lakin bəzən arxeoloji ədəbiyyatda birtətəfli şəkildə Yaxın Şərq mədəniyyətlərinin Cənubi Qafqaza təsirindən bəhs edilmişdir, lakin araşdırmalar göstərir ki, qədim dünyanın mühüm mədəniyyət mərkəzlərindən biri olan Cənubi Qafqaz da öz növbəsində Yaxın Şərq ölkələrinə təsir etmişdir. Bu baxımdan e.ə. 6 minilliyin ikinci yarısında Mil düzü və Qarabağın Neolit mədəniyyətləri bənzər xüsusiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, bu dövrdə Mil düzü və Qarabağın mədəniyyətinə aid keramika məmulatının bir qismi basmanaxışlı ornamentlə xarakterizə edilir. Bu tip keramika həmçinin Naxçıvantəpənin Neolit təbəqəsi üçün də xarakterikdir. Məlum olduğu kimi, basmanaxışlı keramika Şimal-Qərbi İranda yayılan Dalmatəpə mədəniyyəti üçün də xarakterikdir. Şübhəsiz ki, Şimal-Qərbi İranın boyalı keramikasının inkişafına Zaqros və Mesopotamiyanın mədəni mərkəzlərinin müəyyən təsiri olmuşdurMellart J. The Neolithic of the Near East. London: Thames and Hudson Limited, 1975. 300 p.Voigt M. M. Hajji Firuz Tepe, Iran: The Neolithic Settlement. Philadelphia: University of Pennsylvania, 1983. 396 p., lakin tədqiqatçıların fikrinə görə Mesopotamiya mədəniyyətlərinin təsirini əks etdirən Dalmatəpə mədəniyyətinin boyalı keramikası özünəməxsus xüsusiyyətləri ilə Şimali Mesopotamiya və Mərkəzi İranın boyalı keramikasından fərqlənirHenrickson. E. F. and Vitali. V. The Dalma Tradition: Prehistoric Inter-Regional Cultural Integration Highland Western Iran // Paleorient. Vol. 13. № 2. 1987. P. 37–45.. Ehtimal ki, bu Dalmatəpə mədəniyyətinin yerli inkişafı ilə bağlı olmuşdur. Tədqiqatçıların yekdil fikrinə görə Dalmatəpənin basmanaxışlı keramikasının mənşəyi Şimali Mesopotamiya və Mərkəzi İranla bağlı deyilMellart, J. Earliest Civilizations of the Near East. London: Thames and Hudson Limited, 1965. 144 р.. Bu baxımdan basmanaxışlı keramika ilə xarakterizə edilən Naxçıvantəpənin Neolit təbəqəsi, Mil düzü və Qarabağ abidələri diqqəti cəlb edir. Fikrimizə görə Dalmatəpənin basmanaxışlı keramikasının mənşəyi Mil düzü, Qarabağ və Naxçıvantəpə abidəsi ilə bağlıdır.

Naxçıvantəpənin Eneolit dövrü təbəqəsi Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi komandası tərəfindən Vəli Baxşəliyevin rəhbərliyi altında başlamışdır. Tədqiqatlar zamanı Cənubi Qafqazda indiyədək məlum olmayan yeni bir arxeoloji mədəniyyət aşkar olunmuşdur. Bu mədəniyyət Azərbaycanın cənub bölgələrini də əhatə edən "Dalmatəpə mədəniyyəti"dir. R. M. MunçayevМунчаев Р.М., Амиров Ш.Н. Взаимосвязи Кавказа и Месопотамии в VI–IV тыс. до н.э. Международная научная конференция, 11–12 сентября 2008, Баку: Чашыоглы, 2009, с.41–52.,Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку: Элм, 1982, c. 72.,İdeal NərimanovНариманов И.Г.Обеидские племена Месопотамии в Азербайджане. Тезисы Всесоюзной археологической конференции. Баку, 1985, c. 271–277., T. D. AxundovAchundov T. Sites des migrants venus du Proche-Orient en Transcaucasie, in Les cultures du Caucase (VIe — IIIe millénaires avant notre ère). Leurs relations avec le Proche Orient, B. Lyonnet ed., Éditions Re-cherche sur les Civilisations, CNRS Éditions: Paris, 2007, p. 95–122. kimi tədqiqatçılar uzun illər tək-tək tapıntılara əsaslanaraq Yaxın Şərqlə Cənubi Qafqaz mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən bəhs etmişlər, lakin Naxçıvantəpə yaşayış yerindən arxeoloji materialların bütöv kompleksi aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır. Yaşayış yerinin bir hissəsi əkin sahələrinin altında qalmış, bir hissəsi isə Naxçıvançay üzərindən körpü çəkilərkən dağıdılmışdır. 2017-ci ildə yaşayış yerində ölçüsü 3×1,5 m olan üç şurf qoyulmuşdur. Şurfların qazıntıları zamanı alınan nəticələr qənaətbəxş olmadığından, həmin ildə ölçüsü 10×10 m olan iki sahədə (A, B) qazıntı aparılmışdır. 2018-ci ildə həmin sahələrdə qazıntılar davam etdirilmişdir.

2019-cu ildə həmin sahələrin tədqiqi davam etdirilmiş və yeni ölçüsü 10×10 m olan yeni sahədə (E) qazıntılar başlanmışdır. Beləliklə, 2017–2019-cu illərdə Naxçıvantəpədə təqribən 300 m² sahədə arxeoloji qazıntı aparılmışdır. Tədqiqat zamanı dörd tikinti qatı aşkar olunmuşdur. Tikinti qatlarının üçü Dalmatəpə mədəniyyətinəБахшалиев В.Б. Археологические исследования поселения Нахчыван Тепе // РА. № 2. 2019. С.114–128., dördüncü isə Neolit dövrünə aiddir. Birinci tikinti qatı abidənin üzərindən 0,8 m dərinlikdə aşkar olunmuşdur. Bu tikinti qatı üçün dördkünc formalı arxitektura xarakterikdir. Kömür analizi olmadığından bu tikinti qatının tarxi arxeoloji materialların müqayisəli araşdırılması ilə müəyyənləşdirilmiş və e.ə. 4600–4400-cü illərə aid edilmişdir. İkinci nikinti qatı, 0,78–2,10 m dərinlikdə aşkar edilmişdir. Bu tikinti qatı dördkünc formalı arxitektura ilə xarakterizə olunur. Bu tikintilər başlıca olaraq A sahəsində aşkar olunmuşdur. Karbon analizlər əsasında bu tikinti qatı e.ə. 4720–4529-cu illər ilə tarixləndirilmişdir. Üçüncü tikinti qatı 2,10–2,50 m dərinlikdə aşkar edilmişdir. Bu tikinti qatı üçün yarımqazma tipli dördkünc və dairəvi evlər xarakterik olmuşdur. Bu tikintilər əsasən B sahəsində tədqiq edilmişdir. Bu tikinti qatından götürülən karbonThis work was supported by the Science Development Foundation under the President of the Republic of Azerbaijan — Grant № EİF-KETPL-2–2015–1(25)-56/47/5. nümunələrin analizi e.ə. 4945–4722-ci illəri göstərmişdirAlməmmədov X. 2018. Cənubi Qafqaz Neolitində yeni social-mədəni məkanın-Qarabağın erkən oturaq əkinçi mədəniyyətinin təşəkkülü // AA. 2018. № 21/1. S. 152–176.

Naxçıvantəpənin Neolit dövrü təbəqəsi 2019-cu ilin qazıntıları zamanı aşkar olunan dördüncü tikinti qatı Neolit dövrünə aiddir. Neolit dövrünə aid təbəqə A və B sahələrində aşkar olunmuşdurЕ.В. Бахшалиев, В.Б. Бахшалиев. Неолитический Слой Последния Нахчыван Тепе. Росийская Археология, 2021, № 2, с. 186-196.. A sahəsində yarımqazma tipli iki yaşayış otağın qalığı aşkar olunmuşdur. Dördkünc formalı otaqların divarları xam torpaqda qazılmışdır. Yarımqazmaların dərinliyi q m-dir. Otaqlardan birinin uzunluğu 3,9 m, salamat qalan hissəsinin eni 2,3 m-dir. İkinci otağın uzunluğu 3,3 m, salamat qalan hissəsinin eni 1,3 m-dir. Otaqların içərisində diametri 0,6 m olan ocaq yeri aşkar olunmuşdur. Ocaqlardan obsidian parçaları, keramika və heyvan sümükləri aşkar olunmuşdur. . Birinci otağın içərisindəki ocağın içərisindən götürülən kömürün analizi e.ə. 5209–4930-cu illəri göstərmişdir. Ehtimal ki, bu otaqlar kiçik ailələr üçün nəzərdə tutulmuşdur. Tədqiqat zamanı B sahəsində böyük yarımqazmanın qalığı aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, bu yarımqazma həm Neolit, həm də Erkən Eneolit dövründə istifadə olunmuşdur. Bu yarımqazmanın uzunluğu 4,6 m, eni 3,5–3,7 m arasındadır. Otağın içərisində dörd ocağın qalığı, obsidian parçaları, keramika və heyvan sümükləri aşkar olunmuşdur. Ocaqlardan birindən götürülən kömürün analizi e.ə. 5038–4799-cu illəri, digərindən götürülən kömürün analizi isə e.ə. 4941–4722-ci illəri göstərmişdir. Qeyd etdiyimiz kimi, bu otaq müxtəlif dövrlərdə məskunlaşdırılmışdır. Ehtimal ki, aşağı hissəsi torpaqda qazılan evlərin yuxarı hissəsi ağac, qamış və digər materiallarla tamlananmış və gillə suvanmışdır. Arxeoloji araşdırmalara əsasən demək olar ki, əvvəlcə Naxçıvantəpə yaşayış yerinin cənub hissəsi məskunlaşdırılmış, e.ə. 5 minilliyin əvvəlində isə yaşayış yeri daha da genişlənmişdir.

Tədqiqi