Aşıq Vüqar Mahmudoğlu (1970–2018) — Azərbaycan aşığı.

Həyatı Vüqar Mahmudoğlu (Niftəliyev) 1970-ci il noyabrın 3-də Şamaxının Şıxzərli kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.

Şamaxı şəhər musiqi məktəbini (qarmon sinfini) və Azərbaycan Dövlət İncənət Universitetini bitirib. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınıb. Atasının vəfatından sonra (2002-ci il) Aşıq Mahmudun sazını yaşadıb.

Şirvan aşıq mühitinin tanınmış simalarından Açıq Vüqar Mahmudoğlu Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və s. ölkələrdə konsertlər verib.

Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərləndiriblər. Bir sıra Avropa ölkələrində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.

Vüqar Mahmud oğlu Niftəliyev 2018-ci il yanvarın 10-da vəfat edib.

Ailəsi İki övladı var.

İstinadlar

Kateqoriya:Qobustan rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Qobustan rayonunda dəfn olunanlar