İbrahim Nafa (; ) — Misir jurnalisti, "Əl-Ahram" qəzetinin redaktoru (1979–2005) və Ərəb Jurnalistlərinin Ümumi Birliyinin idarə heyətinin sədri (1996–2012).

Bioqrafiya İbrahim Nafa 12 yanvar 1934-cü il tarixində Misirin Suez şəhərində anadan olmuşdur. Nafa 1956-cı ildə Əyn Şams Universitetində bakalavr dərəcəsi almışdır. O daha sonra karyerasına "Reuters"in müxbiri olaraq başlamışdır. Nafa daha sonra "Misir Radiosu"nun redaktoru və dövlətə mənsub olan "Əl Qumriyə" qəzetinin iqtisadiyyat redaktoru olmuşdur. Nafa "Əl-Ahram" qəzetində iqtisadiyyat bölməsinin rəhbəri və baş redaktor müavini olaraq işləmişdir.

Nafa 1979–2005-ci illərdə "Əl-Ahram" qəzetinin baş redaktoru idi. Nafa daha sonra qəzetin baş direktoru təyin edilmişdir. İsrailin "Haarets" qəzeti Nafanın Misirin iki prezidenti, Ənvər Sadat və Hüsnü Mübarəkin siyasətini "sədaqətlə ötürdüyü"nü və Misir Jurnalistlər Sindikatının prezidenti olaraq, Nafanın "Misirin təbliğat siyasətini formalaşdırdığı və mətbuatın özünü-senzuradan keçirməsinin sərhədlərini müəyyənləşdidiyi"ni yazmışdır. Qəzetin idarə heyətinin yeni sədri Salah Əl-Ğamri, baş redaktoru isə Osama Səraya olmuşdur. Misir parlamentinin yuxarı palatası Nafanı Yuxarı Mətbuat Şurasının üzvü seçmişdir.

Biblioqrafiya "Demokratiyanın qanadları" "Təhlükənin illəri"

İstinadlar

Kateqoriya:Dubayda vəfat edənlər Kateqoriya:Misir jurnalistləri Kateqoriya:Misir qəzet redaktorları