Veronika Dudarova (, ; 5 dekabr 1916, Bakı, Rusiya İmperiyası — 15 yanvar 2009, Moskva, Rusiya)  — osetin əsilli SSRİ və Rusiya dirijoru, pedaqoq, SSRİ xalq artisti (1977). O, fransızlar Nadya Bulanj və Janna Evrardan sonra dünyanın üçüncü qadın dirijorudur.

Həyatı Veronika Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində anadan olub. Atası neft mühəndisi, anası isə evdar qadın idi. Dudarova Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib, Nikolay Anosov və Leo Ginzburqun tələbəsi olub. 1947-1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960-1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib, 1991-ci ildən həyatının son gününə kimi isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edib.

Veronika Dudarova 15 yanvar 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Sənətkarla vida mərasimi P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında keçirilib. O, Moskvanın Troyekurov qəbiristanlığında torpağa tapşırılıb.

Veronika Dudarovanın adı 50 ildən çox simfonik orkestrlərlə işləmiş dirijor kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Ailəsi Atası— Boris Kambulatoviç Dudarov, neft mühəndisi Anası — Yelena Danilovna Tuskayeva, evdar qadın Həyat yoldaşı — Boris Samoyloviç Vaynşteyn (1907—1993)Сосонко Г. Покровитель // 64 — Шахматное обозрение. 2011. № 4. С. 86., SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşı, sovet şahmat hərəkatı xadimi (boşanıb) Oğlu — Mixail Borisoviç Vaynşteyn, jurnalist, "Moskva veteranı" jurnalının baş redaktoru Nəvəsi — Veronika

Mükafatları və fəxri adları Şimali Osetiya MSSR-nın əməkdar incəsənət xadimi (1949) RSFSR əməkdar incəsənət xadimi (1958) RSFSR xalq artisti (1960) Udmurt MSSR-nın xalq artisti (1964) "Şərəf nişanı" ordeni (1967) SSRİ xalq artisti (1977) RSFSR-in M. İ. Qlinka adına dövlət mükafatı (1980) — 1977-1979-cu illərdəki konsert proqramlarına görə "Oktyabr inqilabı" ordeni (1986) Şimali Osetiya–Alaniya Respublikasının xalq artisti (1996) III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (1996) — ölkə mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə "Osetiya şöhrəti naminə" medalı (1996) Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki (1999) Ədəbiyyat və incəsənət sahəsi üzrə K. L Xetaqurov adına dövlət mükafatı (Şimali Osetiya Respublikası — Alaniya, 2001) II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (2006) — milli musiqi mədəniyyətinin inkişafına verdiyi töhfəyə və çoxillik yaradıcılıq fəaliyyətinə görə Buenos-Ayresin fəxri vətəndaşı Vladiqafqazın fəxri vətəndaşı

Xatirəsi thumb|280px|Veronika Dudarovanın 101 illiyi münasibətilə təqdim olunmuş dudl.|right Veronika Dudarova adına Ümumrusiya dirijorluq müsabiqəsi təşkil olunub. Günəş sisteminin kiçik planetlərindən birinə (9737) "Veronika Dudarova" adı verilib. 5 dekabr 2017-ci ildə "Google" şirkəti ana səhifəsində Veronika Dudarovanın 101-ci doğum gününə həsr olunmuş dudl yerləşdirib. Dudlın müəllifi Culiana Çendir.

İstinadlar

Xarici keçidlər

Peoples.ru saytında bioqrafiyası Ria.ru saytında bioqrafiyası

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Rusiya dirijorları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:Rusiya pianoçuları Kateqoriya:Qadın dirijorlar Kateqoriya:Troyekurov qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Troyekurov qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:Buenos-Ayresin fəxri vətəndaşları Kateqoriya:Rusiya klassik musiqiçiləri