Pərviz Mahmudov (29 iyun 1983, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar.
Həyatı 29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olmuşdurAzərbaycanlı bəstəkar evləndi — YENİLƏNİB — FOTO . milli.az, 19. avqust 2014 .
1989–2000-ci illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə təhsil almışdır.
2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili-teatr fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir.
Şəxsi həyatı 19 avqust 2014-cü ildə ailə qurmuşdur. İki övladı var.
Karyerası Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur.
2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir.
Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilirSözünü mahnısı ilə deməyə üstünlük verən bəstəkar — Fotolar . kaspi.az, 2. fevral 2017 . O, Aygün Kazımovanın ifasında "Alışdırma", Röyanın "Bəlkə də", "Bir il keçdi", Sevda Yəhyayevanın "O zaman", "Sənsiz", "Buz kimi", Günay İbrahimlinin "İzlər", "Səndən öncə, səndən sonra", İlhamə Qasımovanın "Səni sevdim" kimi populyar hitlərinin bəstəkarıdırBəstəkar Pərviz Mahmudov: "Bu mövsüm də ancaq mənim mahnılarım səslənəcək" . azadinform.az, 11. noyabr 2011 .
Sevda Yəhyayeva onun bəstələdiyi mahnını ifa etməklə tez bir zamanda məşhurlaşmış; Günay İbrahimli "Səndən öncə, səndən sonra", Zarina "Sevmə ürək" mahnıları ilə tanınmağa başlamışlar.
Pərviz Mahmudov Azərbaycanda ilk bəstəkar kimi diqqət çəkərək “Bəlkə də” mahnısı ilə 1 milyon baxış toplayıb. Onun “Dənizin ortasında” mahnısı isə ilk dəfə trendə düşərək uğur qazanıb və xarici ölkələrin radiostansiyalarında səsləndirilib.
Mükafatları 2006-cı ildə ilin bəstəkarı adına layiq görülmüşdür.
Bəstələdiyi bir sıra mahnılar dinləyicilər tərəfindən sevilib, ilin mahnısı nominasiyasına layiq görülmüşdür.
2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və "V&V" təqdimatı ilə "QRAND 2011" müstəqil ictimai mükafatı Diplomunu alaraq, "İlin bəstəkarı" adına layiq görülmüşdür.
Bəstələri Brilliant Dadaşova (Xalq artisti)
"Bilirəm" (2018)
Aygün Kazımova (Xalq artisti)
"Alışdırma" (2008) "Gəl bax gör" (2011) "Paramparça" (2019) "Dənizin ortasında" (2021)
Röya Ayxan (Xalq artisti)
"Bir il keçdi" (2009) "Bəlkə də" (2011) "Son görüş" (2011) "Sil getsin" (2012) "Çarəsiz xəstəlik" (2013) "Mən sənsiz" (2014) "Sultanım" (2014) "Mirasuel" (2017) "Problemdi sevgimiz" (2018) "Gelmə yaxınıma" Roya&Yaşar (2020)
Sevda Yəhyayeva
"O zaman" (2007) "Sənsiz" (2007) "Buz kimi" (2009) "Saxta" (2012) "Sən" (2012) "De mənə" (2013) "Bağlanıb ürək" (2014) "Yalan " (2014) "Ağlım səndə" (2017) "Son xəbər" (2019) "Sevgi etirafı"(2020) "Gəl Mənə"(2021)
Günay İbrahimli
"İzlər" (2011) "Səndən önce səndən sonra" (2012) "Ola bilərdin" (2014) "Dəlisiyəm gecənin" (2014) "Yollar" (2016) "Sürgün" (2017) "Ürəyimin qatili" (2017) "Əllərim darıxmasın" (2018) "Vallah" (2019) "Mehriban" (2019) "Ölümmü gərək" (2019) "Yansın" (2020)
Könül Kərimova
"Hardan hara" (2014) "Eşqin dərindedir" (2015) "Hardasan" (2016)
Leyla Ramazanlı
"İsti-isti" (2012) "Nələr oldu nələr" (2012) "Sənə dəyməz" (2014) "Məsafələr" (2015) "Çox özəl" (2017)
Zarina
"Sevmə ürək" (2011) "Həyat səhnə" (2011) "Bir acı" (2014)
Pərviz Mahmudov
"Sığortasız sevgi" (2012) "Hardasan" (2011) "Canımda cansan" (2014) "Vətənim qayıdıb" (2020) "Akustik 5" "Bile Bile Sevda Sonaliyeva
"Gedə gedə" (2007) "Sus sus" (2008) "Dön mənə" (2017)
Elgün Hüseynov
"Gizli söz" (2016)
İlhamə Qasımovaİlhamə|Qasımova
"Səni sevdim" (2012) "Nələr oldu" (2021)
Xalid Hacıyev
"Sən hər yerdə" (2011) "Hardan hara" (2017)
Gülay Zeynallı "Canın Sağ Olsun" "Tək başına"
Turkan Velizade Her gece
Turk pop "Kim anlayacak" Sevda Giray (2019)
"Kimsin" Leyla Boztaş (2019)
"Yalan" Sılanaz (2019) "Yol Verdim Gitti O" Sevinç Sultan (2021)
İstinadlar
Bəstəkar-müğənni Pərviz Mahmudov ilk dəfə akustik albom hazırlayıb. Bəstəkarlıqdan bezib müğənniliyə başladı — Pərvizdən yeni layihə axsam.az axsam.az milli.az mediatime milli.az axsam.az metbuat.az axsam.az
Xarici keçidlər
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları