Lui Viktor Pyer Raymon(, 7-ci Brolyi hersoqu, Lui de Broyl kimi daha məşhur olub (; ) — fransız nəzəriyyəçi fiziki, kvant mexanikasının banilərindən biri, 1929-cu il fizika üzrə Nobel mükafatının laureatı, Fransanın elmlər akademiyasının üzvü (1933-cü ildən) və onun daimi katibi (1942-ci ildən), fransa akademiyasının üzvü (1944-cü ildən).
Lui de Broyl kvant nəzəriyyəsinin fundamental problemləri üzrə işlərin müəllifidir. Dalğa mexanikasının inkişafına başlanğıc verən material hissəciklərin dalğa xüsusiyyətləri haqda hipotez (de Broyl dalğaları və ya materiya dalğaları) ona aiddir. Alim kvant mexanikanın orijinal interpretasiyasını (pilot-dalğa nəzəriyyəsi, ikili həll nəzəriyyəsi) təklif edib, qeyri-asılı spinli hissəciklərin, xüsusi ilə fotonların (işığın neytrin nəzəriyyəsi) relyativist nəzəriyyəsini inkişaf etdirib, radiofizika, sahənin klassik və kvant nəzəriyyələri, termodinamika və fizikanın digər bölmələrinə aid məsələləri ilə məşğul olub.
Bioqrafiya
Əsli və təhsili
Lui de Broyl nümayəndələrinin əsrlər boyu Fransada mühüm hərbi və siyasi vəzifələr tutmuş məşhur Brolyi aristokrat soyundan gəlir. Gələcək fizikin atası, 5-ci Brolyi hersoqu Lui-Alfons-Viktor (fr. Victor de Broglie; 1846—1906) Napoleonun generalı Filipp Pol de Seqürün nəvəsi Polina d`Armatla (fr. Pauline d’Armaille) ailə həyatı qurur. Onların 5 uşağı olur: Lui, Albertina (1875—1960), gələckdə markiza de Luppe (Marquise de Luppé) olur, Moris (1875—1960) – gələcəkdə məşhur tədqiqatçı-fizik olur, Moris (1881—1890), Lui doğulduqdan 2 il öncə dünyasını dəyişir, və Polina, de Panj qrafinyası (Comtesse de Pange 1888—1972), gələcəkdə məşhur ədəbiyyatçı olur M. J. Nye. Aristocratic Culture and the Pursuit of Science: The De Broglies in Modern France // Isis. — 1997. — Vol. 88. — P. 397–421..
Ailənin sonbeşiyi olan Lui, olduqca sakit həyat keçirir, çoxlu kitab oxuyur, tarixlə, xüsusunən də siyasi tarixlə maraqlanırdı. Uşaq vaxtlarından Lui iti yaddaşla fərqlənir, heç bir səhvsiz teatr səhnəsindən bir hissə təkrar edə və ya 3-cü Respublikanın nazirlər siyahısını oxuya bilərdi. Onu gələcəyin nüfuzlu dövlət xadimi kimi görürdülər A. Abragam. Louis Victor Pierre Raymond de Broglie // Biographical Memoirs of Fellows of the Royal Society. — 1988. — Vol. 34. — P. 22–41.. De Broyllar Dypedə yerləşən villalarında və ya Normandiya və Anjudəki mülklərində yaşayırdılar. 1901-ci ildə ailə birdəfəlik Parisə köçür və Luinin atası Milli assambleyanın üzvü olur J. Mehra. Louis de Broglie and the phase waves associated with matter // J. Mehra. The Golden Age of Theoretical Physics. — World Scientific, 2001. — P. 546—570..
250 px|thumb|right|Brolyi soyunun gerbi
Gənc Lui de Broyl təhsili evdə fərdi rahib müəllimlərdən – ilk olaraq Düpüi atadan (Dupuis), sonra isə Şane atadan (Chanet) dərs alır. Ailə başçısının 1906-cı ildə vəfatından sonra yeni hersoq olan Moris, kiçik qardaşı Luinin təhsili barədə qayğılarını öz üzərinə götürərək onu nüfuzlu Janson-de-Sayi litseyinə göndərir. Müqəddəs Roma İmperiyasının şahzadəsi titulunu almış Lui burada 3 il təhsil alır və 1909-cu ildə fəlsəfə və riyaziyyat üzrə bakalavr pilləsinə yiyələnir. Fransız dili, tarix, fizika, fəlsəfə kimi fənnlərdə yaxşı nəticə göstərən Luinin riyaziyyat, kimya və coğrafiya üzrə göstəriciləri orta, rəsm və xarici dillər üzrə isə zəif idi. 18 yaşında Lui de Broyl Paris universitetinə qəbul olur, orada tarix və hüququ öyərnir, lakin tez bir zamanda bu fənnlərdən və tədris metodlarında məyus olur. Eyni zamanda, onun sülaləsində ənənəyə çevrilmiş hərbi və diplomatik karyera da Luini cəlb etmirdi. Morisin xatirələrinə görə bu krizis vaxtı qardaşanın bütün fikirləri elm fəlsəfəsi ilə bağlı olan nəzəri fizikanın həll olunmamış problemlərinə yönəlmişdi. Buna səbəb xüsusi riyaziyyat üzrə kurslara getməsi, Anri Puankarenin yazılarını oxuması və Birinci Solvey konqresinin (1911) materiallarının öyrənməsi olmuşdu. Qeyd etmək lazımdır ki, Moris de Broyl bu konqresin katiblərindən biri olmuşdu. İllər sonra Lui de Broyl yazırdı ki, bu konfransda cərəyan etmiş qələmə alınmış müzakirələri oxuduquqdan sonra bütün gücü bundan 10 il əvvəl nəzəri fizikaya Maks Plank tərəfindən daxil edilən dərin mənasını az adamın anladığı sirrli kvantların əsl təbiətini araşdırmağa həsr olunmuşdu Л. де Бройль. Обзор моих научных работ // Л. де Бройль. По тропам науки. — М.: Изд-во иностр. лит-ры, 1962. — С. 347..
Tam olaraq fizikanın öyrənilməsinə istiqamətlənən Lui de Broyl 1913-cü ildə universiteti bitirərərk elm lisensiatı (licence ès sciences) adını alır. Elmlə məşğul olmaq Lui de Broylun xarakterinə güclü təsir edir. Qrafinya de Panj öz memuarlarında yazırdı:
Bütün uşaqlıq boyu tanıdığım səmimi və cazibədar balaca knyaz yox olmuşdu. Qətiyyətlə və valehedici hünərlə o hər ay keçdikcə özünü asketik həyat yaşayan ciddi alimə çevirirdi.
Hərbi xidməti. Elmi və pedaqoji karyerası
Təhsilini bitirdikdən sonra Lui de Broyl sadə minaaxtaran qismində mühəndis qüvvələrinə qoşularaq hərbi xidmət edir. Xidməti Lui Mon-Valeryen (Mont Valérien) fortunda başlayır, lakin qısa müddət sonra qardaşının təşəbbüsü ilə Telsiz kommunikasiya xidmətinə təhkim olunur və radioötürücü yerləşən Eyfel qülləsində işləyir. Yalnız texniki məsələləri ilə məşğul olan Lui de Boryl bütün Birinci Dünya müharibəsini hərbi xidmətdə qalır. Xüsusi olaraq, Leon Brillüen və qardaşı Moris ilə birlikdə sualtı qayıqları ilə telsiz əlaqəni sazlayırdı. Knyaz Lui 1919-cu ildə unter-ofiser (adjudant) rütbəsində ehtiyata buraxılır. Gələcəkdə, alim, onu maraqlandıran elmin fundamental problemlərindən ayrı salan bu altı ili təəsüflə yada salırdı J. Lacki. Louis de Broglie // New Dictionary of Scientific Biography. — Detroit: Charles Scribner's Sons, 2008. — Vol. 1. — P. 409—415..
250px|thumb|left|Pol Lanjevan
Ehtiyata buraxıldıqdan sonra Lui doktor adını almaq üçün dəqiq elmlər fakültəsində təhsilini davam edir. Burada Lui, onda böyük təəssürat yaratmış Pol Lanjevanın nisbilik nəzəriyyəsi haqda mühazirələrində iştirak edir Джеммер, 1985, с. 236.. Həmçinin məlumdur ki, gənc alim öz nəticələri haqda Lanjevan və Brillüenlə müzakirə etmək üçün Fizika və kimya məktəbinə gəlirdi. Parallel olaraq Lui qardaşı Morisin şəxsi laboratoriyasında araşdırmalara başlayır. Sonuncunun marağı rentgen şüaları və fotoeffekt xüsusiyyətləri ilə bağlı idi: Luinin təkbaşına və qardaşı ilə birgə yazdığı ilk işlər məhz bu mövzulara aid idi. 1923-cü ildə kiçik de Broyl dalğa mexanikasının əsasını qoymuş material hissəciklərin dalğa xüsusiyyətləri barədə ideyasını səsləndirmişdi. Bu nəzəriyyənin formalizmi yaradılandan sonra alim öz variantını təklif edərək onun izahında fəal iştirak edir. Sonrakı illərdə Lui kvant nəzəriyyəsinin müxtəlif məsələlərini hazırlamağa davam edir.
De Broylun düşüncə tərzini xarakterizə edərkən onun tələbəsi və yaxın əməkdaşı Jorj Loşak (Georges Lochak) yazırdı:
Lui de Broyl üçün üçölçülü fiziki məkana aid olan sadə konkret və realistik obrazlar vasitəsi ilə intuitiv düşüncə tərzi xasdır...abstrakt düşüncənin gücü və qətiyyətini ciddiyə almaqla birgə o əmindir ki, əsas mahiyyət həmişə davamlı olaraq gözdən keçirilən və tez-tez daha çox və ya az yanlış olaraq rədd edilən qeyri-dəqiq və qeyri-sabit konkret obrazlardadır...mənə elə gəlir ki, de Broylun yaradıcılığında iki açar var idi. Bunlardan biri, aydındır ki, Tarixdir. Lui bu fənni o qədər öyrənib ki, bir gün mənə dediyi kimi, tarix haqda fizikadan daha çox kitab oxuyub...Bu məşqulluq onun üçün mədəni insanın marağı və ya aludəsi deyildi, bu onun ruhunun qıdası və fikirlərinin cücərməsi üçün münbit torpaq idi...Onun yaradıcılığının ikinci açarı isə görünürlük idi...De Broyl üçün anlamaq – görünürcəsinə təsəvvür etmək idi...
1928-ci ildə Lui de Broyl Paris universitetinin təbii elmlər fakultəsində müəllimlik fəaliyyətinə başlayır, 1933-cü ildə isə Anri Puankare institutunun nəzəri fizika kafedrasının başına keçir. O həftəlik mühazirələrə və aspirantların işlərinə rəhbərlik edir, ancaq, illər keçdikcə elmin inkişafının əsas istiqamətindən uzaqlaşır və bu səbəbdən tələbələrinin sayı azalırdı. Uzun illər boyu (1962-ci ildə istefaya çıxanadək) dalğa mexanikası, onun müxtəlif aspektləri və əlavələri haqda mühazirə demişdir və onlardan çoxu kitab halında çap edilmişdi.
Məşhur fizik Anatol Abraqam bu kitabların mükəmməl keyfiyyətini qeyd edir, lakin yazırdı ki:
mühazirəçi kimi o auditoriyada darıxdırıcı idi. Dəqiq vaxtda başlayaraq o yüksək və bir qədər monoton tərzdə, stenoqrafik işarələrlə dolu böyük vərəqlərdən oxuyardı. O həmişə mühazirə saatının dəqiq bitdiyi an dayanır və dərhal auditoriyanı tərk edirdi. Əgər kimsə sual vermək istəyirdisə, görüş haqda xahiş edirdi. Görüş izni verilirdi və de Broyl bu görüşlərdə anlaşılmayan məqamları izah etmək üçün böyük səy nümayiş etdirirdi. Lakin bunu az adam edirdi, və bir müddət sonra mühazirəyə gəlmək əvəzinə onun gözəl tərzdə yazılmış kitablarını öyrənməyə üstünlük verilirdi.
1933-cü ildə Lui de Broyl, demək olar ki, yekdilliklə (iki səs istisna olmaqla) Fransa elmlər akademiyasının üzvü seçilir. 1942-ci ildə isə qurumun daimi katibi olur və 1975-ci ildə istefaya çıxanadək bu vəzifədə işləyir. Məhz onun üçün fəxri daimi katib (Secrétaire Perpétuel d’Honneur) vəzifəsi təsis edilir. 1944-cü ilin oktyabrın 12-də o, Fransa akademiyasının üzvü seçilir (onun sələfi riyaziyyatçı Emil Pikar olmuşdur) və 1945-ci ilin mayın 31-də qardaşı Moris tərəfindən “ölümsüz” 40-lığın sıralarına daxil edilir Louis de Broglie (фр.). Académie française. — Информация на сайте Французской академии.. 1945-ci ildə Fransanın nüvə enerjisi Komissiyasının məsləhətçisi təyin edilir. Elmi-populyar işlərinə görə UNESCO Lui de Broyla ilk Kalinqi mükafatını verir (1952). 1973-cü ildə fizikanın fundamental problemlərinin araşdırılmasına dəstək vermək üçün Lui de Broyl fondu təsis edilir Fondation Louis de Broglie (фр.). — Сайт Фонда Луи де Бройля..
Lui de Broyl ailə həyatı qurmayıb və nadir hallarda ölkə sərhədlərini tərk edib. 1928-ci ildə anasının vəfatından sonra Parisdə yerləşən böyük ailəvi saray satılır və Lui Neyi-sür-Rendə yerləşən Rue Perronet küçəsindəki kiçik bir evə köçür, bütün həyatını tək-tənha orada keçirir. O avtomobil almayıb, həmişə piyada və ya metro vasitəsi ilə hərəkət etməyə üstünlük verib, istirahətə getməyib və bütün yay fəsillərini Parisdə keçirib. 1960-cı ildə övladı olmayan qardaşı Morisin vəfatından sonra Lui hersoq titulu alır. Abraqam şahidlik edirdi ki, de Broyl çox utancaq bir insan idi,heç vaxt səsini qaldırmazdı və hamıya hörmətlə yanaşardı. Çox danışan insan olmamasına baxmayaraq onun qələmi altından böyük sayda elmi və elmi-populyar işlər çıxıb. Alim 1987-ci ilin martın 19-da 95 yaşında Luvesyendə vəfat edib.
Elmi fəaliyyət
Rentgen şüalanmasının və fotoeffektin fizikası