Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur.
Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir.Loki is number 4 , IGN.
Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019).
Nəşrolunma tarixi Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir. Loki Yupiterdən Yerə gedib nifrət səpələmək üçün icazə istəmişdir.
Lokinin müasir versiyası isə ilk dəfə "Journey into Mystery" komiksinin 85-ci buraxılışında (oktyabr 1962) debüt etmişdir. Burada Loki Torun əzəli düşməni kimi təqdim edilmişdir. Müasir Lokinin yaradıcıları Sten Li, Cek Körbi və Larri Liberdir.
Torun əzəli düşməni olduğundan tez-tez Tor komikslərində peyda olur. Bundan əlavə, personaj Qisasçılar, İks-adamlar,X-Men and Alpha Flight No. 1 (December 1985) Müdafiəçilər və Hörümçək-adam komikslərində də görünmüşdür. 2004-2010-cu illərdə buraxılmış "Loki" komiks seriyasının baş qəhrəmanı olmuşdur.
Bioqrafiya thumb|left|Lokinin ilk dəfə göründüyü "Journey into Mystery" komiksinin 85-ci buraxılışı.|240px Uzun illər bundan öncə Asqard hökmdarı Bor buz nəhənglərinə qarşı döyüşərkən yaralanmış bir buz nəhənginin dalınca düşür, lakin qəflətən qarşılaşdığı sehrbaz tərəfindən qara döndərilir. Borun oğlu Odin atasını tapır və Bor oğlundan sehrbazı tapıb onu azad etməsini istəyir. Lakin Odin atasını xilas etmək üçün heç bir cəhd göstərmir. Bor Odini lənətləyir: o, ölmüş kralın oğlunu götürəcək və onu öz oğlu kimi böyüdəcək. Heç bir həftə keçməmiş asqardlılara başçılıq edən Odin şəxsi döyüşdə Laufeyi öldürür. Laufeyi öldürdükdən sonra Odin buz nəhənglərinin əsas qalasında gizlədilmiş asqardlı ölçüsündə olan uşaq tapır. Tapdığı uşaq Loki idi: Laufey onu kiçik ölçüsünə görə xalqından gizlədirdi. Odin ona yazığı gəldiyi və atası Laufey döyüşdə layiqli rəqib olduğuna görə Lokini övladlığa götürür və onu bioloji oğlu Torla birlikdə böyüdür.Thor Vol 3 #7-8 (May, June 2008)
Uşaqlığı və yeniyetməliyi boyunca Loki Torla arasındakı fərqlərə görə asqardlıların ona göstərdiyi münasibətə öyrəşir. Asqardlılar hər şeydən öncə döyüşdə gücə, əzmə və cəsarətə dəyər verirdilər və Loki bu keyfiyyətlərinə görə qardaşından geri qalırdı. Ölçü və gücə görə geri qalsa da, bir sehrbaz kimi özünü inkişaf etdirir. Loki böyüyəndə onun gücləri də mənfiyə doğru yönəlir və "Yalan və hiylə tanrısı" ləqəbini qazanır. Sonda isə Loki intiqam və gücə həris birinə çevrilir. Tordan xilas etmək üçün bir çox hiylələrdən istifadə edir. Getdikcə statusu böyüyür və "Şər tanrısı" ləqəbini qazanır. Əsrlər boyunca Loki Asqardın hakimiyyətini ələ keçirməyə Toru məhv etməyə çalışır. Bu məqsədlə hətta dəfələrdə Asqardın düşmənlərinə kömək edir.
Media thumb|upright|Tom Hiddlston 2013-cü ildə Loki kimi. Film Loki "Halk Tora qarşı" video filmində görünmüş və Qraham Maktaviş tərəfindən səsləndirilmişdir. Lokinin yeniyetmə versiyası "Tor: Asqard nağılları" video filmində peyda olmuş və Rik Qomez tərəfindən səsləndirilmişdir. Loki personajını Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019). Hiddlston "Qisasçılar: Altron dövrü" filminin çəkilişlərində iştirak etsə də, səhnələri kəsilmişdir.
İstinadlar
Xarici keçidlər Loki Marvel.com-da
Kateqoriya:1962-ci ildə tanıdılan komiks personajları Kateqoriya:Marvel Comics supercinayətkarları Kateqoriya:Tor (Marvel Comics) Kateqoriya:LGBT supercinayətkarlar Kateqoriya:Superqəhrəman filmi personajları Kateqoriya:Kişi komiks personajları Kateqoriya:Tez sağala bilən Marvel Comics personajları Kateqoriya:Sehrdən istifadə edən Marvel Comics personajları Kateqoriya:Cek Körbi tərəfindən yaradılmış personajlar Kateqoriya:Larri Liber tərəfindən yaradılmış personajlar Kateqoriya:Marvel Comics asqardlıları Kateqoriya:Qeyri-insani sürətlə hərəkət edə bilən Marvel Comics personajları Kateqoriya:Sten Li tərəfindən yaradılmış personajlar Kateqoriya:Marvel Comics telepatları