Aşina Cuçi (走其可汗) () — Çumuğun tayfasının rəisi, Tan sülaləsinə qarşı üsyan başlatmış Göytürk şahzadəsi.

Həyatı Digər xaqanlarla geneolojik əlaqəsi məlum deyil. Aşina Mişenin ölümündən sonra 671-ci ildə Nuşibilərə xan təyin olunmuşdu. Özünə kifayət qədər dəstək alandan sonra 676-cı ildə Çinə qarşı üsyana başlamış, özünü xaqan elan etmişdi. Çinlilər onu Şisinq xaqan (阿史那施於北庭) adı ilə tanıyırdılar.

Hakimiyyəti Cuçinin Çinə qarşı əsas müttəfiqi Tibet imperatoru Mansonq Maçen və Li Çefu idi.679-cu ildə Pen Sinçzyanın rəhbərlik etdiyi Çin ordusuna məğlub oldu və öldürüldü.

İstinadlar

Kateqoriya:Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi