Deymos — Günəş sistemində Mars planetinin peykidir.
Kəşfi 1877-ci ildə Amerika astronomu A. Holl kəşf etmişdir. İlk dəfə yaxın məsafədən şəklini 1977-ci ildə “Vikinq-1” KA çəkmişdir.
Xüsusiyyətləri Planetin mərkəzindən orta məsafəsi 23,5 min km, dolanma dövrü 30 saat 21 dəqiqədir. Deymos düzgün olmayan formaya malikdir və bəzi asteroidlərin maddəsinə oxşayan dağ süxurunun və buzun karbonla zəngin qatışığından ibarətdir. Deymosun səthi dayaz kraterlərlə doldurulmuş (iki ən böyük kraterinin diametri təqr. 2 km-dir) və reqolitlə –xırda tozlu layla ör tülmüşdür. Deymosun ölçüsü 15×12,2×11 km, kütləsi təqribən 1,8×1015 kq. Bu parametrlər Deymosu asteroid hesab etməyə əsas verir. Onun orbiti Yupiterin təsiri ilə elə dəyişmişdir ki, sonralar Marsa yaxın keç dik də Deymos planetin cazibə sahəsi ilə tutulmuşdur. Digər nəzəriyyəyə görə Deymos Marsla ümumimənşəlidir. Axırıncı fikir Deymosun orbitinin praktik olaraq Marsın ekvator müstəvisində yerləşməsinə (meyli təxminən 2°) əsaslanır. Mars Deymosda güclü qabarmalar törədir və nəticədə Deymosun ox ətrafında fırlanması və orbit üzrə dolanması rezonansda olur, yəni peyk Marsa həmişə bir tərəfi ilə çevrilir. Marsdan müşahidə etdikdə Deymosun bucaq diametri təqr. 2 ״-dir və sıfır ulduz ölçülü parlaq ulduz kimi görünür Deymos// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 514..
Həmçinin bax Günəş sistemi
İstinadlar
Kateqoriya:Marsın peykləri Kateqoriya:1877-ci ildə kəşf edilmiş astronomik obyektlər