Kojevnikov buxtası — Laptevlər dənizində, Xatanqa çayının mənsəbində formalaşan buxta. Xatanqa körfəzində Xara-Tumus və Nordvik yarımadaları arasında yerləşir. Qərbdən açıq dənizə çıxışı vardır. Materik daxilinə 48 km məsafədə uzanır. Eni çıxacaqda 20 km, dərinliyi isə 7 metrdir.
Buxta rus ordusunun zabiti, 1905-ci ildə bu buxtanı tətqiq edən Mixail Yakovleviç Kojevnikovun şərəfinə adlandırılmışdır.
Buxatnın sahillərində tundra bitkiləri yayılmışdır. İlin böyük qismi buzla örtülü olur. Buxataya İlya, Carqalax, Semieriskaya, Takyan Yurax şayları tökülür. Cənub sahilində İlya buxtası yerləşir. Sahilləri əsasən hamardır.
1930-cu illəedə Şimal dəniz yolunun davamlığını təmin etmək məqsədilə burada buzqıranlar fəaliyyət göstərirdi. Sahillinddə Kojevnikovo, Kosistıy qəsəbələri salınmışdır. bura hətta ensiz dəmir yolu çəkilir. İndidə sahildə tərk edilmiş paravozları görmək olar. İnzibati cəhətdən buxtanın böyük hissəsi Rusiya Federasiyası Krasnoyarsk diyarı, az qismi isə Saxa Respublikası ərazisinə daxildir.
İstinadlar
Kateqoriya:Yakutiya körfəzləri Kateqoriya:Krasnoyarsk diyarı körfəzləri Kateqoriya:Laptevlər dənizi körfəzləri Kateqoriya:Taymır Dolqan-Nenes rayonu körfəzləri