Cedi Osman, ( 8 aprel, 1995, Oxrid, Makedoniya), NBA müntəzəm çempionatının Şərq Konfransında mübarizə aparan Klivlend Kavalers forması geyən türk peşəkar basketbolçu. Boyu 2.03 m olan basketbolçu əsasən yaxın hücumçu mövqeyində oynayır. 2015-ci ildə NBA seçmələrində Minnesota Timbervulvz tərəfindən 2-ci mərhələdə, birinci sırada seçildi. Daha sonra seçmələrin gerçəkləşdiyi 25 iyun günü, eyni gecə baş tutan mübadilə ilə Klivlend Kavalers komandasına keçdi.

Həyatı Atası türk, anası bosniyalı olan Cedi, 1995-ci ildə Makedoniyanın Oxrid şəhərində dünyaya gəldi. 1999-cu ildə ailəsi ilə birlikdə Bosniya və Herseqovinanın Sarayevo şəhərinə köçdü. Hərəkətli və hiperaktiv bir uşaq olan Cedini ailəsi altı yaşındaykən "KK Bosniya" klubuna yazdı. Sarayevoda bir gün klubda basketbol oynarkən, Avroliqa komandası Anadolu Efesinin skoutları tərəfindən seyr edilərək kəşf edildi və 13 yaşındaykən ailəsi ilə birlikdə İstanbula gətirildi. Türkiyəyə köçən və Türkiyə vətəndaşı olan Cedi, 2007-ci ildən etibarən Anadolu Efesin alt yaş qrupunda forma geyməyə başladı. Anadolu Efesin alt yaş qrupunda ilk dəfə kiçik komandada oynamağa başladı və sonda ulduz və gənc komandalarında forma geydi. 2010-cu ildə, Ulduz komandası ilə Kişilər arasında Türkiyə Ulduz Basketbol Çempionatının qalibi oldu. Cedi, 2011-ci ildə "Jordan Brand Classic" beynəlxalq matçında oynaması üçün dəvət edildi və Mario Hezonca ilə Andryu Vigginsin oynadığı Dünya komandasında 27 dəqiqə meydanda olub 14 xal, 5 ribaund, 3 asist və 6 top oğurlama ilə oyunu tamamlandı.

Peşəkar karyerası

İstinadlar

Kateqoriya:Klivlend Kavalers basketbolçuları Kateqoriya:Anadolu Efes basketbolçuları Kateqoriya:Boşnakəsilli türklər Kateqoriya:San-Antonio Spörs basketbolçuları Kateqoriya:Türkiyə basketbolçuları Kateqoriya:Türkiyə milli basketbol komandasının oyunçuları