Shenyang J-11 (çin: 歼-11) NATO kod adı Flanker B+ olan Sovet istehsalı Su-27 qırıcısının əsasında yaradılmış tək oturacaqlı, iki mühərrikli döyüş təyyarəsidir. İstehsalı Çin Xalq Respublikasının Şenyan Aviasiya Korporasiyası tərəfindən həyata keçirilir. Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri bu təyyarənin yeganə istifadəçisidir.
Variantları J-11A: İndiyə qədər 104 ədəd istehsal olunmuşdur. İstehsalının sonrakı illərində raket xəbərdarlıq sistemi ilə təchiz olunmuşdur. Rəsmən təsdiq olunmayan modernizasiya əməliyyatlarına təyyarənin kokpitinin, həmçinin R-17 və PL-10 raketləri üçün atəşi idarəetmə sistemlərinin inkişaf etdirilməsi daxildir. Bu variantın digər adı J-11-dir. J-11B: Çin istehsalı texnologiyalarla təchiz olunmuş yerli istehsal olan bu döyüş təyyarəsi WS-10A mühərriklərinə sahib olan ilk J-11 variantıdır. Kompozitlərdən daha çox istifadə olunması səbəbilə təyyarənin gövdə hissəsi nisbətən yüngüldür. Yeni avionika, şüşə kokpit, raket xəbərdarlıq sistemi və oksigen generator sistemi ilə təchiz olunmuşdur. Gələcəkdə AESA radarla təchiz olunması planlaşdırılır. J-11BS: J-11B-nin iki oturacaqlı variantıdır. 2012-ci ildə aktiv istifadə olunan J-11B və J-11BS variantlarının ümumi sayı 120-dən çox idi. J-11BH: J-11B-nin Hərbi Dəniz qüvvələri üçün nəzərdə tutulmuş variantıdır. İlk dəfə 2010-cu ilin may ayında ictimaiyyətə təqdim olunmuşdur. J-11BSH: J-11BS-nin Hərbi Dəniz qüvvələri üçün nəzərdə tutulmuş variantıdır. J-15: J-11B-nin əsasında yaradılmış aviadaşıyıcılar üçün nəzərdə tutulmuş variantdır. Prototipi 2001-ci ildə Ukraynadan satın alınmış Su-33 təyyarəsinin əsasında yaradılmışdır. J-11B variantında olan avionikadan burada da istifadə olunur. J-16: 2000-ci ildə Rusiyadan satın alınmış Su-30MKK döyüş təyyarəsinin əsasında istehsal olunmuş iki oturacaqlı variantdır. J-11BS-nin başqa bir variantı olduğu açıqlanmışdır. J-11D: Əvvəlki variantlara nisbətən daha ağır hava-hava tipi raketlərdən atəş açmaq qabiliyyətinə malikdir. Təsdiq olunmayan məlumatlara əsasən bu variant inkişaf etdirilmiş REM (radioelektron mübarizə) sisteminə və modernizasiya olunmuş WS-10A mühərrikinə sahibdir.
İstifadəçilər
Hərbi Hava Qüvvələri: 95 ədəd J-11A, 110-dan çox J-11B və J-11BS Hərbi Dəniz Qüvvələri: 48 ədəd J-11B VƏ J-11BS
Taktiki-texniki xüsusiyyətləri Ümumi parametrlər Heyət: 1 Uzunluğu: 21.9 m Qanad qolayı: 14.7 m Hündürlük: 5.92 m Qanadının sahəsi: 62.04 m² Boş çəki: 16,380 kq Yüklü çəki: 23,926 kq Maksimal qalxma çəkisi: 33,000 kq Yanacaq tutumu: 9,400 kq Güc təminatçısı: 2 × Lyulka AL-31F və ya Woshan WS-10A "Taihang" mühərrikləri
Uçuş keyfiyyətləri Maksimal sürət: Mach 2.35 (2500 km/s) Uçuş məsafəsi: 3,530 km Uçuş tavanı: 19,000 m Yüksəkliyə qalxma sürəti: 300 m/s Qanad yüklənməsi: 371 kq/m² Çəkmə gücünün çəkiyə nisbəti: 1.07 Maksimum g-yüklənmə: +9 g
Həmçinin bax Suxoy Su-27 Suxoy Su-30
İstinadlar
Xarici keçidlər
J-11 fighter, Chinese PLAAF A Flanker by any other name by Bai Wei Air Forces Monthly, May 2012
Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Çin texnikası Kateqoriya:Çin təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Çinin reaktiv qırıcıları