thumb|300px|Böyük Moğol İmperiyası dövründə inşa olunmuş Padşah məscidi. (Lahor şəhəri, Pakistan)
Pakistanda din — Pakistan İslam Respublikasındakı dini vəziyyətə verilən ad. Pakistanda dövlət dini İslam dinidir. Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir. Müsəlmanların əksəriyyəti sünnilərdir (95%), şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir..
Dini demoqrafiya Konqres Kitabxanası, ABŞ Dövlət Departamenti, The World Factbook, Pensilvaniya Universiteti və Oksford Universiteti tərəfindən həyata keçirilmiş müxtəlif tədqiqatlarda Pakistanda əhalinin dini baxımdan bölgüsü üzrə fərqli rəqəmlər ortaya çıxmışdır. Bu hesablamaların fərqli olmasının əsas səbəbi onların müxtəlif metodlarla hesablanması olmuşdur. Ölkədə hazırda əhalinin dini baxımdan bölgüsünün aşağıdakı kimi olduğu təxmin edilir:
İslam (96%) Sünnilər: 75–95% Şiələr: 5–20% Əhmədiyyə: 0.22–2.2%
Digər dinlər Hinduizm: 2% (3,600,000 nəfər) Xristianlıq: 1,59% (2,800,000 nəfər) Bəhailik: 40,000–79,000 nəfər Siqhizm: 20,000 nəfər Zərdüştilik/Parsilər: 1,600-20,000 nəfər Kalaşlar: 3,000 nəfər Buddizm: 1,500 nəfər
2012-ci ildə həyata keçirilmiş hesablamalara əsasən Pakistanda 18 yaşdan yuxarı 5,900,000 nəfər özünü qeyri-müsəlman kimi təqdim etmişdir.
Dinlər
İslam thumb|İslamabad şəhərində yerləşən Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz tərəfindən inşa etdirilmiş Şah Feyzal məscidi nəinki Pakistanda, hətta dünyada ən böyük məscidlərdən biridir. İslam dini Pakistanda dövlət dinidir. Ölkə müsəlmanların sayına görə dünyada İndoneziyadan sonra ikinci yerdədir. Ölkənin bir çox yerində Məzhəb adlanan islami hüquq məktəbləri fəaliyyət göstərir. Pakistanlı sünni müsəlmanların əksəriyyəti hənəfi məzhəbinə aiddir. Şiələrin əksər hissəsi isə "On iki imam şiəliyi" əqidəsinə aiddir.
Hinduizm Hinduizm dini Pakistanda İslamdan sonra ikinci ən böyük din hesab olunur. 2010-cu il hesablamalarına görə, Pakistan dünyada ən böyük beşinci hindu əhalinin yaşadığı ölkədir. Hinduizmə etiqad edənlər ölkənin bütün regionlarında yaşasalar da, onlar daha çox Sindh əyalətində üstünlük təşkil edirlər. Onlar Sindhi, Seraiki, Qucarat və başqa dillərdə danışırlar.
Xristianlıq Xristianlar Pakistan əhalisinin 1,6%-ni təşkil edirlər. Xristian icmalarının əksər hissəsi hələ Britaniya Hindistanı dövründən Pəncab əyalətində yerləşir. Katolik icması isə xüsusilə Kəraçi şəhərində yerləşir.
Bəhailik Bəhailik hələ ingilis koloniyaları dövründən bəri Pakistanda müstəqil dini icma şəklində fəaliyyət göstərir. Bu dinin banisi olan Bəhaullah öz davamçılarını bugünkü Pakistan ərazisinə köç etmələri və dini burada da yaymağı tapşırmışdır.
Cari hesablamalara əsasən Pakistanda yaşayan bəhailərin ümumi sayı təqribən 79 min nəfərdir.
Siqhizm XV əsrdən Pakistanda yayılmağa başlayan Siqhizm dininin hazırda bu ölkədə olan nümayəndələrinin sayı təqribən 20 min nəfərdir.
Zərdüştilik Zərdüştilik dininə sitayiş edənlərin ümumi sayı 4 min nəfərdir. Müasir Pakistan ərazisinə zərdüştlər XV əsrdən etibarən İran ərazisindən gəlməyə başlamışdır. 1947-ci ildə Pakistan müstəqillik əldə etdiyi dövrdə Kəraçi və Lahor şəhərləri bu dinə sitayiş edən parsilərin əsas ticarət mərkəzləri hesab olunurdu. Pakistan dövlətinin qurucusu olan Məhəmməd Əli Cinnahın həyat yoldaşı olan Ratti Bai İslamı qəbul etməzdən əvvəl Zərdüştilik dininə sitayiş edirdi.
Buddizm Pakistanda qədim köklərə malik olan Buddizm dini nümayəndələrinin sayı son hesablamalara əsasən 1500 nəfərdir.
İudaizm 14 avqust 1947-ci ildə Pakistanın yenicə müstəqillik əldə etdiyi dövrlərdə burada təqribən 1500 nəfər yəhudi yaşayırdı, lakin onların əksəriyyəti 1948-ci ildən etibarən İsrailə köç etmişdir. Hazırda Pakistandan gəlmiş yəhudilərin çoxu İsrailin Ramla şəhərində məskunlaşmışdır.
Həmçinin bax Pakistan İslam
İstinadlar
Kateqoriya:Pakistanda din