thumb|upright|190px|Qurban Qurbanov millidə keçirdiyi 68 oyunda 14 qol vurub. Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.
Qurbanov, Azərbaycan milli futbol komandasının ən məhsuldar ikinci oyunçusudur. Keçmiş hücumçu, 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisin heyətində ümumilikdə 68 oyun keçirib, 14 qol vurub.
Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.
Vurduğu qollar
Qurbanovun milli komandada ilk qolu 1993-cü ilə təsadüf edir. İyunun 8-də İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığma komandası ilə qarşılaşırdı. Qurbanov görüşün 14-cü dəqiqəsində hesabı açır, 41-ci dəqiqədə isə ikinci qolu qazaxların qapısından keçirir. Qarşılaşma 3:3 hesabı ilə başa çatır. Bu oyun Qurbanov üçün millidə qol hesabını açması və dubl etməsi ilə əlamətdar olur.
Qurbanov millidə növbəti qolunu Farer adaları ilə keçirilən yoldaşlıq oyununda vurur. 1996-cı il fevralın 27-də Kiprdə keçirilən görüşdə (3:0) Qurbanov komandasının 3-cü qoluna imza atıb.
Həmin ilin mayında isə Qurbanov millidə 4-cü qolunu vurur. Bu, Belarusla yoldaşlıq oyununda (2:2) gerçəkləşir. Matçın 46-cı dəqiqəsində kapitan Nazim Süleymanovu əvəzləyən Qurbanov 53-cü dəqiqədə fərqlənir.
Qurbanov 1997-ci ilin martında Türkmənistanla Bakıda keçirilən yoldaşlıq oyununda da rəqibi məyus etməyi bacarır. O, 3:0 hesabı ilə qalib gəldikləri matçın 88-ci dəqiqəsində son nöqtəni qoyur.
Avro-2000-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə keçirilən oyunda da Qurbanov fərqlənir. O, 1:2 hesablı məğlubiyyətdə təsəlli qolunu vurur.
Qurbanov növbəti qol sevincini Estoniya ilə yoldaşlıq matçında yaşayıb. O, 2:2 hesablı bərabərliklə bitən qarşılaşmanın 1-ci dəqiqəsində rəqibi məyus edib.
Avro-2000-nin seçmə mərhələsində Lixtenşteynlə Bakıda keçirilən görüş də Qurbanov üçün əlamətdardır. O, səfərdəki matçda olduğu kimi, "Tofiq Bəhramov"da da rəqib qapısına yol tapmağı bacarır. 4:0 hesablı qələbədə ilk qolu Qurbanov vurur.
Artıq millinin əsas qol silahına çevrilən Qurbanov Avro-2004-ün seçmə mərhələsində də komandasına öz töhfəsini verir. O, 2003-cü ilin 12 fevralında səfərdə Serbiya və Çernoqoriya ilə keçirilən görüşün qəhrəmanı olur. Yığması 0:2 hesabı ilə geridə olan zaman matçın 58 və 77-ci dəqiqələrində qol vuran hücumçu komandasını məğlubiyyətdən xilas edərək millisinə bir xal qazandırır. Qurbanov bu rəqiblə Bakıda keçirilən oyunda da toru silkələməyi bacarır.
Qurbanov 2004-cü ildə Moldova, Özbəkistan və Latviya ilə keçirilən yoxlama oyunlarının hərəsində bir qol vurur.
Qolların siyahısı Azərbaycanın qolları ilk sırada göstərilmişdir. + # Tarix Məkan Rəqib Hesab Nəticə Yarış İst 1 08.06.1993 Azadi stadionu, Tehran, İran Qazaxıstan (21 yaşlılar)1–03–31993 EKO Kuboku 208.06.1993 Azadi stadionu, Tehran, İran Qazaxıstan (21 yaşlılar)2–13–31993 EKO Kuboku 327.02.1996 Antonis Papadopulos stadionu, Larnaka, Kipr Farer adaları3–03–0Yoldaşlıq oyunu 427.05.1996Şəhər stadionu, Molodeçno, Belarus Belarus1–12–2Yoldaşlıq oyunu 522.03.1997Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Türkmənistan3–03–0Yoldaşlıq oyunu 614.10.1998Reynpark stadionu, Vaduts, Lixtenşteyn Lixtenşteyn1-21–2Avro 2000-in seçmə mərhələ oyunu 706.03.1999 Antonis Papadopulos stadionu, Larnaka, Kipr Estoniya1–02–2Yoldaşlıq oyunu 805.06.1999Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Lixtenşteyn1–04–0Avro 2000-in seçmə mərhələ oyunu 912.02.2003 Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Monteneqro Serbiya və Monteneqro 1-2 2–2 Avro 2004-ün seçmə mərhələ oyunu 1012.02.2003 Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Monteneqro Serbiya və Monteneqro 2-2 2–2 Avro 2004-ün seçmə mərhələ oyunu 1111.06.2003Şəfa stadionu, Bakı, Azərbaycan Serbiya və Monteneqro1–12–1Avro 2004-ün seçmə mərhələ oyunu 1231.03.2004 Respublika stadionu, Kişinyov, Moldova Moldova1-12–1Yoldaşlıq oyunu 1328.05.2004Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Özbəkistan1–03–1Yoldaşlıq oyunu 1406.06.2004Skonto stadionu, Riqa, Latviya Latviya2-12–2Yoldaşlıq oyunu
Statistika
+İllər üzrə vurduğu qollar İl Qol199210199342199400199520199672199791199891199962200020200140200260200333200493200560Cəmi6814
+Yarış üzrə keçirdiyi oyunlar və vurduğu qollar Yarış Oyun Qol Yoldaşlıq oyunu26 6 DÇ-nin seçmə mərhələ oyunu 18 0 AÇ-nin seçmə mərhələ oyunu 15 5 Digər turnirlər 9 3Cəmi6814
+ Rəqib üzrə vurduğu qollar Rəqib Qol Serbiya və Monteneqro 3 Lixtenşteyn 2 Qazaxıstan (21 yaşlılar) 2 Farer adaları 1 Belarus 1 Türkmənistan 1 Estoniya 1 Moldova 1 Özbəkistan 1 Latviya 1Cəmi14
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Futbolçularına görə milli komandada qolların siyahısı