Barux Semyuel Blamberq () (d.28.7.1925, Nyu-York) — Amerika həkimi, genetik, Nobel mükafatı laureatı (1976, D. K. Qayduzek ilə birlikdə).
Fəaliyyəti Kolumbiya Universitetinin Tibb Kollecini bitirmiş (1951), 1955–57-ci illərdə Oksford Universitetində biokimya üzrə ixtisaslaşmışdır. 1957–64-cü illərdə Betesdə (Merilend ştatı) Milli Səhiyyə İnstitutunun tibbi coğrafiya şöbəsinə və genetika seksiyasına, 1964-cü ildən Filadelfiya da xərçəng üzrə Elmi Tədqiqat İnstitutunda klinik təd qiqatlara rəh bər lik etmişdir. 1970-ci ildən Pensilvaniya Universitetinin tibb və tibbi genetika professorudur. 1964-cü ildə insan qanı serumunda Avstraliya antigenini (serum hepatitinin antigeni) kəşf etmiş və onun donorun qanında olmasını təyin edən laboratoriya-nəzarət üsulunu işləyib hazırlamışdır.
Həmçinin bax Corc Bidl
İstinadlar
Xarici keçidlər Barux Semyuel Blamberq öz həyat hekayəsini danışır.
Kateqoriya:Amerika alimləri Kateqoriya:Virusoloqlar Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ genetikləri Kateqoriya:ABŞ virusoloqları