İsmayıl Marzuki (; 11 may 1914, Cakarta — 25 may 1958, Cakarta) — indonez bəstəkarı, şair və müğənnisi.
Həyat və fəaliyyəti İsmayıl Marzuki 1914-cü ildə Cakartada zadəgan ailəsində anadan olmuşdur. O, holland məktəbində və mədrəsədə təhsil almışdır. 1931-ci ildə ilk mahnısı "Sarina"nı yazır. İsmayıl Marzuki 200-dən çox mahnı bəstələmişdir. O, 1944-cü özünün məşhur "Palma adasında təskinlik" () adlı əsərini, 1946-cı ildə "Salam, salam, Bandunq" () adlı inqilabi əsər yazmışdır. İsmayıl Marzuki məşhur rus mahnısı "Qara gözlər" in () sudan dilində («Panon Hideung») mətnini işləməyə də nail olmuşdur.
"Palma adasında təskinlik" mahnısı "Dənizlə yuyunan isti dənizlər" və ya "Doğma İndoneziya ölkəsi" Mayya Qolovina tərəfindən oxunmuş və Sovet İttifaqında çox məşhur olmuşdurСпоёмте, друзья! Песенник. Второе исправленное издание. М.: Музыка, 1964, 37. Mahnı həmçinin Andrey Yevplanovun "İndoneziya" hekayəsi üçün hərəkətverici qüvvə oldu. "İndoneziya - mənim məhəbbətim" mahnısının leytmotivi Yuli Kim tərəfindən "D.A. Suxarevin yubileyinə" mahnısında da istifadə olunduЕвпланов, Андрей. Чужаки. М.: Современник, 1990.
İsmayıl Marzuki 1958-ci ildə vəfat etmiş, Cakartadakı Karet Bivak qəbristanlığında dəfn olunmuşdur.
Mükafatları "Vicay Kusum" mükafatı (1960, ölümündən sonra) Cakarta merinin fəxri fərmanı (1963) Bandunq merinin fəxri fərmanı (1972) İndoneziya Milli Qəhrəmanı (2004) Xatirəsi 1968-ci ildə Cakartada İsmayıl Marzuki adına mədəniyyət mərkəzi və park yaradılmışdır.
İstinadlar
Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:İndoneziya müğənniləri Kateqoriya:İndoneziyanın milli qəhrəmanları