() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Qafqazda təbii halda geniş yayılmışdı.
Botaniki təsviri Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7–15 sm, sıx, qısa tükcüklüdür. Yarpaqların uzunluğu 6–10 mm, eni 2–3 mm, uzunsov-neştərvari və ya əks-yumurtavaridir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4–5 mm, sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu 7 mm, parlaq çəhrayıdır. İyul aylarında çiçəkləyir, avqust ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Ekologiyası Orta dağ zolağında, çınqıllı yamaclarda bitir.
Azərbaycanda yayılması Azərbaycanın nadir bitkisidir, arealı dardır. Şamaxı rayonunda — Kizildərə Astraxan kəndi yaxınlığında bitir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.
İstifadəsi Dekorativ bitki kimi yaşıllaşdırmada, efir yağlılıq xüsusiyyətinə görə ətriyyatların hazırlanmasında və yeyinti sənayesində ədviyyat kimi geniş istifadə edilir.
Sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax