Alik İsmayılzadə (, tam adı: Ali Tofiq oğlu İsmayılzadə; ) — ABŞ riyaziyyatçısı və geofiziki.

Həyatı Əli İsmayılzadə 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakültəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi - professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır.

Fəaliyyəti

Mükafatları

1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ; 1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq; 1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya; 1996–1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç; 1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya; 2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya; 2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya; 2007 – Ən çox istinad edilən sənəd 2004–2007 Elsevier mükafatı; 2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib; 2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU); 2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi; 2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS); 2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü; 2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü; 2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib; 2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü; 2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü; 2019 – Səfir Mükafatı (Ambassador Award), AGU; 2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü.

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

1983–1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı; 1987–1990 –Rusiya Elmlər Akademiyası, O. Şmitt adına yerin fizikası İnstitutu, Aspirant; 1990–1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi; 1995–1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi, Post-doc, İtaliya; 1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi, İştirakçı alim, Amsterdam, Niderland; 1996 –Universität Mainz, Institut für Geowissenschaften, İştirakçı alim, Mainz, Almaniya; 1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv; 1996–1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə; 1998–2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi, dəvət olunmuş alim, Uppsala, İsveçrə; 1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya; 1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu, Dəvət olunmuş professor, İsrail; 2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP, Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq; 2001–2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu; 2001–2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya; 2002–2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi, Baş tədqiqatçı, Almaniya; 2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ; 2003–2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu, Baş alim, Layihə direktoru, Karlsruhe, Almaniya; 2005–2016 – Institut de Physique du Globe de Paris, Professeur intive, Paris, Fransa; 2006–2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya; 2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.

İstinadlar

Kateqoriya:Geofiziklər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ riyaziyyatçıları Kateqoriya:Azərbaycanlı fiziklər Kateqoriya:Azərbaycanlı riyaziyyatçılar