Kork (, ) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir.
Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir.
Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar.
Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir.
Qardaşlaşmış şəhərlər 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
Köln, Almaniya Şanxay, Çin Ren, Fransa San Fransisko, ABŞ Koventri, İngiltərə Suonsi, Uels
Həmçinin bax İrlandiya İrlandiya şəhərləri
İstinadlar
Xarici keçidlər
Kork şəhərinin rəsmi veb-saytı Kork şəhərinin arxitekturası
Kateqoriya:İrlandiya şəhərləri Kateqoriya:Avropanın liman şəhərləri Kateqoriya:VI əsrdə yaranan yaşayış məntəqələri