Məlikov qardaşlarının evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir.
Tarixi
İnşası Bina 1900-cü ildə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. Mülkün sahibi Məlikov qardaşlarıdır.
Sonrakı istifadəsi
Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən köhnə kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir.
Memarlıq xüsusiyyətləri Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir. Bina klassik formaların həcmi cəhətdən plastik tarazlığı vasitəsilə ətraf mühitlə məkan əlaqəsi yaradır.
Fasadın daşdan yonulmuş memarlıq elementlərinin reylefliliyi vasitəsilə nail olunmuş fiqurlu forması mükəmməl həll edilərək XX əsrin əvvəllərində memarlığın mürəkkəb inkişaf prosesi şəraitində binanın bədii mahiyyətinin palitrasını meydana çıxarır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan sarayları Kateqoriya:1900-cü ildə yarananlar Kateqoriya:1900-cü ildə Azərbaycan Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Vartan Sarkisov Kateqoriya:1900-cü ildə tamamlanmış binalar və tikililər Kateqoriya:1900-cü il memarlığı Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Bakının tarixi evləri Kateqoriya:Bakının tarixi binaları Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri