Axilu — İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında kənd adı.
XIX əsrin əvvəllərində əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Berkarat adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır. Ərəb mənbələrində Dəclə çayı sahilində Axul şəhərinin adı çəkilir. Onu Suriyada (Şamda) yaşamış Şamlı türk tayfası gətirmişdir. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Axullu kəndinin adı ilə [133, 24] mənşəcə eynidir.B.budaqov. Q. Qeybullayev. Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, 1998
İstinadlar
Xarici keçidlər http://karabakhinfo http://www.xalqqazeti Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri