Mulde— Saksoniya və Saksoniya-Anxalt, Almaniyada bir çaydır. Elbanın sol qoludur və uzunluğu 124 kilometrdir.

Ümumi məlumat Çay Coldits yaxınlığında Zviçkauer Mulde (Zviçkau içərisindən keçir) və Freiberger Mulde (Sahilində Freiberg ilə) çaylarının birləşməsindən formalaşır. Buradan çay Saksoniyanı (Grimma, Wurzen, Eilenburg, Bad Düben) və Saksoniya-Anxalt (Jeßnitz və Dessau, Anxaltın paytaxtı) keçərək şimala doğru axır. Mulde Dessonun 3 km (2 mil) şimal tərəfində Elbaya tökülür.1911 Encyclopædia Britannica

2002-ci ilin avqustunda daşqın ciddi ziyana gətirib çıxarmışdır, belə ki, hətta YUNESKO-nun Dünya Mədəniyyəti Mirası "Dessau-Wörlitzer Gartenreich" və Dessau şəhəri təhlükə altına düşmüşdür. Xüsusilə Döbeln və Qrimma şəhərləri daşqın ziyanlarından əziyyət çəkmişdir.

Etimologiyası Çayın adı qədim Alman (ehtimal ki, Qothiç) "Mulda" (𐌼 ᚢ 𐌻 ᛞᚨ), yəni "toz" və ingilis dilində bənzəri "mould" adlarından götürülmüşdür. Ancaq daha çox ehtimal odur ki, bu alman dilində "dəyirman" mənasını verən "mahlen"-dən əlaqələnmişdir. Buna görə də, Muldenin mənası ehtimal ki, "dəyirman çayı" deməkdir və bu köhnə dövrlərdə çayda idarə olunan çox sayda su dəyirmanına müvafiqdir. Hal-hazırda orada istifadə olunan hidroelektrik stansiyaları var.

Həmçinin bax Elba çayı

İstinadlar

Kateqoriya:Almaniya çayları Kateqoriya:Saksoniya çayları Kateqoriya:Saksoniya-Anhalt çayları Kateqoriya:Elbanın qolları