Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi.

Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib.

Məzmun Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir. Gördüyü yuxu nəticəsində səfərdən yarımçıq qayıdan Basat Təpəgözə hiylə quraraq ona qalib gəlir və xalqı bəladan qurtarır.

Film haqqında Filmin titrləri: ...Qədim zamanlarda Oğuz elində Dədə Qorqud adlı bir ozan vardı. Tanrı onun könlünə ilham vermişdi. Qeybdən dürüst xəbərlər söylərdi. Nə desəydi çin olardı. Dədə Qorqud belə söylərmiş: Əcəl vaxtı çatmayınca kimsə ölməz. El oğlunu bəsləməklə oğul olmaz. Böyüyəndə atıb gedər, gördüm deməz. Əski pambıq bez olmaz. Əski düşmən dost olmaz.

Film 3 hissədən ibarətdir.

Səhvlər Orfoqrafik: Titrlərdə "Basatın iğidliyi" yazılmışdır. Doğrusu "...igidliyi" olmalıdır.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Arif Məhərrəmov Bəstəkar: Arif Məlikov Quruluşçu rəssam: Arif Məhərrəmov Səs operatoru: Roman Məmmədov Kompüter mühəndisi: Konstantin Qavriş Rəssam: Yelena Qolubeva Cizgi rəssamı: Rauf Dadaşov, Firəngiz Quliyeva, Aleksandra Şirinova, Arifə Hatəmi Rejissor assistenti: Toğra Ağabəyova, Zəkiyyə Mahmudova Rəssam assistenti: Əli Əliyev, Samirə İsmayılova Fazaçı rəssam: Lalə Məmmədova, Tamilla Əsgərova Rəngləmə: Samirə İsmayılova, Hüseyn Cavid İsmayılov Fonlar üzrə rəssam: Arif Əlioğlu Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi) Musiqi redaktor: Rauf Əliyev İnzibatçı: İlqar Musayev (II) Mühasib: Nərminə Mehdiyeva Filmin direktoru: Heydər Dadaşov

Filmi səsləndirənlər Yaşar Nuri — Təpəgöz Rasim Balayev — Dədə Qorqud Elxan Cəfərov — Basat Ramiz Əzizbəyli — Aruz Əliqulu Səmədov — aşpaz Fərhad İsrafilov — çoban Nuriyyə Əhmədova — çobanın arvadı Şəfəq Əliyeva Firuzə Yusubova

Sponsor Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi MARS Oversis Baku Ltd. (MARS Overseas Baku Ltd.) "Orxan Eloğlu" Şirkəti "Qorqud Holdinq" Şirkəti (Gorgud Holding) "MİR" Dövlətlərarası Teleradio Şirkəti "Azərbaycanfilm" Kinostudiyası

Sitatlar Dədə Qorqud: Bala, niyə bu camaata zülm eləyirsən? Təpəgöz: Dədə, gündə bir adam nədi ki? Dədə Qorqud: Sən lap qudurmusan, Təpəgöz! Elin qarğışı tutacaq o tək gözünü Təpəgöz: Doymuram bir adamdan.

Tənqid

Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: Qəhrəmanlar o qədər qeyri-təbii hərəkət edirlər. Hətta ABŞ istehsalı olan dəhşətli cizgi filmlərindən daha dəhşətlidir, baxmaq olmur.

Həmçinin bax

Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.

Xarici keçidlər

Filmi izlə (tam versiya) (18+) Filmi izlə (qısa versiya) Xpert x OD - Basat VS Təpəgöz

Kateqoriya:2003-cü ilin Azərbaycan filmləri Kateqoriya:2003-cü ilin cizgi filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Dədə Qorqud haqqında filmlər Kateqoriya:Azərbaycan cizgi filmləri