Gamışovan — Azərbaycan Respublikası Lənkəran rayonunda şirin sulu göl.

Toponimikası Gamışovan gölü Cil və Gamışovan adlanan iki hissədən ibarətdir. Qumbaşı çayı vasitəsilə Qızılağac körfəzi ilə birləşir. Ləgər, Sudaşaru və Boradigah çayları bu gölə tökülür. Göldə balıq yetişdirilir. Keçən əsrdə çay əkin sahəsini artırmaq məqsədilə gölün, demək olar ki, yarısı qurudulmuşdur. Hidronim "Camış gölü" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik lüğəti İ cild Bakı,2007

Həmçinin bax Lənkəran rayonu

Xarici keçid https://quliyevaayten.wordpress

İstinadlar Kateqoriya:Lənkəran rayonunun gölləri