Qrand Ter () — Yeni Kaledoniyanın ən iri və əsas adası.
Adanı 1774-cü ildə britaniyalı səyyah Ceyms Kuk kəşf etmiş və Yeni Kaledoniya olaraq adlandırmışdır. Bu termin nəyinki bu adaya həmçinin onun ətrafındakı adalara da şamil olunur. Yerliklər isə adanı "Le Kayya" olaraq adlandırırdılar.
Adada ən iri yaşayış məntəqəsi Numeadır. O həm də Fransanın dəniz arxası ərazisi olan Yeni Kaledoniyanın mərkəzidir.
Ada Sakit okeanın tropik qurşağında yerləşir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Mərkəzi silsilə tropik meşələrlə örtülüdür. Adanın ən hündür nöqtəsi Pane dağıdır (1628 m).
İstinadlar
Kateqoriya:Okeaniya adaları Kateqoriya:Yeni Kaledoniya adaları