Şimali Kaliforniya yanğınları — 8 oktyabr 2017 tarixində baş vermiş meşə yanğınları ardıcıllığı. Yanğınlar Şimali Kaliforniya sahəsinin əksəriyyətinə böyük qırmızı bayraq xəbərdarlığına səbəb olan şiddətli hava şəraiti zamanı Napa, Leyk, Sonoma, Mendosino, Byutt və Solano dairələrində baş vermişdir. Bu müddətdə on yeddi ayrı yanğın hadisəsi qeydə alınmışdır.
İqlim Meşə yanğınlarından günləş əvvəl Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Şöbəsi, Şimali Kaliforniyanın əksər hissələrində qırmızı bayraq xəbərdarlıqları verməyə başlamışdı. Buna səbəb isə, küləklərin sürətinin 40 ilə 56 km/saat arasında olması idi. 8 oktyabr axşamı, Diablo küləkləri saatda 110 kilometrə çatdıqları bildirilmişdir.
Təsir Yanğınlarda həlak olanların əksəriyyəti 8 oktyabr və ya 9 oktyabr 2017 tarixində, yanğınlar başladığı zaman öldüyünə inanılır. Qurbanların əksəriyyəti yaşlıdır, baxmayaraq ki, ölənlərin yaşları 14-dən 100-ə qədərdir.
9 oktyabr 2017 tarixində Kaliforniya qubernatoru Jerri Braun Napa, Sonoma, Yuba, Byutt, Leyk, Mendosino, Nevada və Orinc kimi dairələr üçün fövqəladə vəziyyət elan etdi və Ağ Evə böyük fəlakət bəyannaməsi tələb edən bir məktub göndərdi. ABŞ prezidenti Donald Tramp 10 oktyabr tarixində təbii fəlakət nəticəsində hazırlanan bəyannaməni təsdiqləmişdir. Ərazini araşdırarkən, Kaliforniya 5-ci Konqresinin nümayəndəsi Mayk Tompson, "Bu, Kaliforniya tarixinin ən pis yanğın fəlakəti olacağını gözləyirəm" dedi.
10,000-dən çox yanğınsöndürən 1000-dən çox yanğın mühərrikləri və digər avadanlıqları istifadə edərək, yanğına qarşı mübarizə aparırlar. Kanada və Avstraliyadan da yanğınsöndürənlər gəlmişdir.
Yanğınlar
20 oktyabr 2017 tarixindəki məlumatlara əsasən AdıİdarəSahəsi (Akr ilə)Başlanğıc tarixiQarşısının alınma tarixiStatusQeydlərİstinadAtlasNapa, Solano8 oktyabr, 201787%-in qarşısı alındı6 nəfər həlak olduNansNapa, Sonoma8 oktyabr, 201785%-in qarşısı alındı2 nəfər həlak olduTabbsNapa, Sonoma8 oktyabr, 201793%-in qarşısı alındı22 nəfər həlak olduRedvud/PotterMendosino9 oktyabr, 201795%-in qarşısı alındı8 nəfər həlak olduPoketSonoma9 oktyabr, 201782%-in qarşısı alındıKaskadYuba9 oktyabr, 201719 oktyabr, 20174 nəfər həlak olduÇerokiByutt8 oktyabr 201716 oktyabr 2017 La-PorteByutt9 oktyabr 201719 oktyabr 2017SulfurLeyk9 oktyabr 201726 oktyabr 201737 yanğınSonoma9 oktyabr, 201712 oktyabr, 2017
Atlas yanğını 300px|thumb|right|2017 Şimali Kaliforniya meşə yanğınlarının xəritəsi Atlas yanğını Napa dairəsinin mərkəzi olan Napa şəhərinin şimalında, Napa Soda Sprinqs yaxınlığında, 8 oktyabr 2017 tarixində başlanan və hələ də davam edən meşə yanğını.
Çeroki yanğını Çeroki yanğını Byutt dairəsinin mərkəzi olan Oronvil şəhərinin yaxınlığında, 8 oktyabr 2017 tarixində başlanan və hələ də davam edən meşə yanğını. Orovil yaxınlığında və ətraf kənd məhəllələrini təhdid edən yanğın, başlamasından bir neçə saat sonra yüz hektardan yüz minlərlə hektara qədər genişlənmişdir.
Nans yanğını Nans yanğını Sonoma şəhərinin şərqində və şimalında, 8 oktyabr 2017 tarixində başlanan və hələ də davam edən meşə yanğını. Nans yanğını oktyabrın 11-də Norbom yanğını ilə birləşmişdir. Nans/Norbom yanğını oktyabrın 12-də Abod yanğını ilə birləşmişdir. Petrik yanğını oktyabrın 13-də Nans/Norbom/Adob yanğını ilə birləşərək dörd-yanğın yaratmışdır. Oktyabrın 16-da Presli yanğınını da ehtiva edən Nans yanğın 48,000 hektar sahəni əhatə etmişdir.
Həmçinin bax Portuqaliya meşə yanğınları (2017)
İstinadlar
Xarici keçidlər Yanğınların interkativ xəritəsi (San Francisco Chronicle)
Kateqoriya:2017-ci ildə ABŞ Kateqoriya:Oktyabrdakı hadisələr Kateqoriya:Meşə yanğınları