Leopold Kilholts (; d. 9 iyun 1911, Bazel – ö. 4 iyun 1980, Sürix) – isveçrəli hücumçu. 1934 və 1938-ci illərdə Futbol üzrə Dünya çempionatlarında iştirak etmiş, 3 qol vurmuşdur. İsveçrə milli futbol komandasının dünya çempionatında ilk qolunun müəllifi olmuşdur. Oyunlar zamanı eynək taxırdı.Zwei Rekorde, ein Skandal Die acht Teilnahmen der Schweiz an WM-Endrunden. Basler Zeitung vom 15.10.2009

Karyerası

Futbolçu Futbol karyerasına 1927-ci ildə "Old Boyz Bazel" klubunda başlamışdır. Bir il sonra "Blek Starz Bazel", daha iki il sonra isə "Bazel" klubuna transfer olunmuşdur. 1932-ci ildə "Servett" klubuna keçmişdir. Komandası üçün dünya çempionatlarında oynayanda "Servett" və "Yanq Fellouz Yuventus" klublarında çıxış edirdi. 1936–1937-ci illərdə Fransanın "Reyms" klubunda oynamışdır.

İsveçrə milli komandasında 1933-cü ildə debüt etmişdir. 17 oyunda 12 qol vurmuşdur. Milli komandada son çıxışı 1938-ci ildə Belçikaya qarşı oyun olmuşdur.

Baş məşqçi 1936–1937-ci illərdə "Reyms" klubunun, 1950–1953 və 1954–1958-ci illərdə İsveçrə milli komandasının baş məşqçisi olmuşdur.

Uğurları İsveçrə çempionatı çempionluğu: 1933, 1934, 1935. İsveçrə çempionatı bombardirliyi: 1934 (40 qol, "Servett")

İstinadlar

Kateqoriya:İsveçrə futbolçuları Kateqoriya:İsveçrə futbol məşqçiləri Kateqoriya:İsveçrənin kişi futbolçuları Kateqoriya:Legioner İsveçrə futbolçuları Kateqoriya:Reyms FK futbolçuları Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Reyms FK məşqçiləri Kateqoriya:1934 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1938 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İsveçrə milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları