Markov Manastırı (mk. və , Markov Manastir) — Makedoniyanın Skopye şəhərindən 18 km uzaqlıqda yerləşən Markova Suşisa kəndində yerləşən pravoslav qadın monastırı. Monastır hal-hazırda Oxrid arxiyepiskopluğu tərəfindən idarə olunur. Bolqarlar Markov monastırını öz milli tarixi irsinin bir hissəsini kimi qiymətləndirirlər.B. Dimitrov: Християнството в българските земи. Български манастири, ИК "Климент Охридски", Sofiya, 2001Енциклопедия "България", т. 4, Sofiya, 1984, с. 48-49 (карта). Monastır bolqarlara, serblərə və makedonlara görə özlərinin milli qəhrəmanı olan Şahzadə Markonun adınadır. Markov monastırı qurulduğu gündən bəri aktiv olmuşdur.
Memarlıq xüsusiyyətləri Monastırın üstü günbəz ilə örtülmüşdür. Monastır, hər nə qədər Serbiya İmperiyası dövründə inşa edilmişsə də, pravoslav ənənəsini təqib edən freskalar və arxitekturası səbəbiylə Bizans memarlığı və sənəti altında qiymətləndirilir.
Kilsənin sahəsi 10 x 16 metrdir. Günbəzin yüksəkliyi təxminən 16 metrdir. Skopye yaxınlığında olan kilsələrə məxsus olan bənzər xüsusiyyətlər, xüsusilə də günbəzin vestibül üzərinə oturuşu səbəbiylə Slobodan Çurçiç tərəfindən bu kilsə növü "Skopye Paradiqması" olaraq təyin olunmuşdur.Slobodan Çurçiç: Architecture in the Balkans: from Diocletian to Süleyman the Magnificent. New Haven 2010. Burada kilsə narteksi gün işığı düşməyən kor bir günbəzə malikdir. Narteks, naosdan tribelon adlandırılan iki sütun ilə ayrılır. Bu vəziyyət narteksi ayrı bir bölməyə ayırmaqdən çox naosun bir davamı görünüşünə bənzətmişdi.
Səkkizbucaqlı bir vestibül üzərində yüksələn günbəz dörd uzun sütunla daşınır. Bu sütunlar tribelonu təşkil edən sütunlardan daha uzundur. Kilsəyə həm qərbdən, həm də cənubdan girmək mümkündür. Qərb girişində Osmanlı dövründə tikilmiş bir eksonarteks yerləşir.Antonie Nikolovski u.a., The cultural monuments of the people's Republic of Macedonia (Skopje 1961) Cənub girişinin qarşısında hal-hazırda darma-dağın olan bir tikilinin qalıqları var.
Qalereya
Həmçinin bax Müqəddəs Sofiya kilsəsi (Oxrid) Müqəddəs Stepanos monastırı
İstinadlar
Xarici keçidlər Monastırın şəkil albomu
Kateqoriya:Əlifba sırasına görə monastırlar Kateqoriya:Şimali Makedoniya monastırları Kateqoriya:Skopye monastırları Kateqoriya:Qadın monastırları Kateqoriya:Pravoslav monastırları