Anastas İvanoviç Mikoyan (, , ) — SSRİ dövlət xadimi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri (1964–1965).
Mikoyan 1923–1976-cı illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. O, Vladimir Lenin dövründən başlayaraq İosif Stalin, Nikita Xruşşov və Leonid Brejnevin hakimiyyəti illərinədək yüksək dövlət və partiya vəzifələrində qalmış yeganə sovet siyasətçisidir. Onun uzunmüddətli siyasi fəaliyyəti Rusiyada “İliçdən İliçə, infarktsız və iflicsiz” ifadəsinin yaranmasına səbəb olmuşdur.
Erməniəsilli olan Anastas Mikoyan 1915-ci ildə bolşeviklərə qoşulmuş, 1917-ci il Oktyabr inqilabından sonra Bakı Kommunasının fəaliyyətində iştirak etmişdir. 1920-ci illərdə Şimali Qafqazda partiya rəhbəri olmuşdur. 1935-ci ildə Siyasi Büronun üzvü seçilmiş, 1926–1955-ci illərdə (1949–1953-cü illər istisna olmaqla) əsasən ticarət, xüsusilə xarici ticarət sahəsində ardıcıl olaraq bir sıra nazir vəzifələrində (1946-cı ilədək xalq komissarı vəzifələrində) çalışmışdır. İkinci Dünya müharibəsi dövründə SSRİ Dövlət Müdafiə Komitəsinin üzvü olmuşdur. Müharibədən sonra siyasi mövqeyi zəifləməyə başlamış, 1949-cu ildə nazir vəzifəsindən uzaqlaşdırılmış və 1952-ci ildə Kommunist Partiyasının XIX qurultayında Stalin tərəfindən tənqid edilmişdir.
Stalinin 1953-cü ildə ölümündən sonra Mikoyan Xruşşovu dəstəkləmiş, 1957-ci ildə onun hakimiyyətdən uzaqlaşdırılması cəhdinə qarşı çıxmış və destalinizasiya siyasətinin hazırlanmasında mühüm rol oynamışdır. Xruşşovun hakimiyyəti dövründə sovet xarici siyasətində fəal iştirak etmiş, Amerika Birləşmiş Ştatlarına və Kubaya bir sıra mühüm səfərlər etmişdir. Xruşşovun 1964-cü ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri təyin edilmiş, 1965-ci ildə isə təqaüdə göndərilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:Gürcüstan inqilabçıları Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:SSRİ diplomatları Kateqoriya:SSRİ nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVIII konfransının nümayəndələri Kateqoriya:RSFSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Ermənistan SSR-dən olan deputatları Kateqoriya:SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizədlər Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:Başqırd MSSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Başqırd MSSR Ali Sovetinin II çağırış deputatları