Ayşət Maqomayeva (qızlıq soyadı və səhnə təxəllüsü: Kinjalova; ) — sovet teatr aktrisası. Stalin təqaüdçüsü (1941). SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin anası.

Haqqında Ayşət Maqomayeva 1921-ci il noyabrın 19-da Maykop şəhərində anadan olub.. Onun əsli haqqında oğlu Müslüm Maqomayev yazırdı ki, onun atası milliyyətcə türk, anası isə yarı adıgey, yarı rus olub.

1936-cı ildə Krasnodar Pedaqoji Məktəbini, 1941-ci ildə isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Bir müddət Bakıda yaşayıb.

Onun teatr karyerasının əsas hissəsi Çimkənd Rus Dram Teatrında keçib. Burada o, "Şahzadə Turandot", "Həlim" və "Qara qızılgül" kimi bir çox tamaşalarda oynayıb.

1971-ci ildən 1978-ci ilədək Murmansk Vilayət Dram Teatrında işləyib.

Ayşət Maqomayeva 21 avqust 2003-cü ildə vəfat edib. Aktrisa ilə vida mərasimi Murmansk Vilayət Dram Teatrında baş tutub.Сегодня 90 лет со дня рождения актрисы Айшет Магомаевой, служившей в Мурманске. Murmanskda dəfn olunub.

Ailəsi Birinci əri — Məhəmməd Maqomayev, kino rəssamı (1945-ci ildə cəbhədə həlak olub). Oğlu — Müslüm Maqomayev, SSRİ xalq artisti, müğənni və bəstəkar. İkinci əri — Leonti Kafka, aktyor. Qızı — Tanya, musiqi müəlliməsi. Oğlu — Yura, müğənni.

İstinadlar

Xarici keçidlər Неизвестные страницы истории матери Муслима Магомаева — Айшет Кинжаловой

Kateqoriya:Maykopda doğulanlar Kateqoriya:Murmanskda vəfat edənlər Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr aktrisaları