Ulsan () — Koreya yarımadasının cənub-şərqində yerləşən şəhər-metropolis. Cənubi Koreyada əhalisinin sayına görə, ən böyük yeddinci metropolisdir. Cənubdan Busan, şimaldan Qyonqju şəhərləri ilə qonşudur.

Ulsan sənaye rayonunun mərkəzi olan Ulsan şəhəri Cənubi Koreyanın əsas sənaye mərkəzlərindən biri hesab olunur. 1962-ci ildə şəhər, 1997-ci ildə şəhər-metropolis statusu almışdır. Ən böyük avtomobil istehsalçısı şirkəti olan Hyundai Motor Comapany, Hyundai Heavy İndustries tərəfindən idarə olunan dünyanın ən böyük tərsanəsi və SK Energy-yə aid dünyanın ən böyük ikinci neftayırma zavodu da burada yerləşir.

Qardaş şəhərlər Haqi, Yaponiya (1968) Hualyan, Çin Respublikası (1981) Portlend, ABŞ (1987) Çanqçun, Çin (1994) İzmir, Türkiyə (2002) Santos, Braziliya (2002) Kxanxoa, Vyetnam (2002) Tomsk, Rusiya (2003) Usi, Çin (2006) Montevideo, Uruqvay (2012) Çennai, Hindistan (2016) Mandalay, Myanma (2017)

Həmçinin bax Cənubi Koreya Hyundai

İstinadlar

Xarici keçidlər

Ulsan şəhər-metropolisinin rəsmi veb-saytı Rəsmi turizm veb-saytı

Kateqoriya:Cənubi Koreya şəhərləri Kateqoriya:Cənubi Koreyanın sahilyanı yaşayış məntəqələri