Qətər Dövlətinin bir qurumu olan Qətər Turizm Agentliyi Qətər dövləti üzrə turizmin inkişafı və təşviqi üzrə qaydaların, tənzimləmələrin və qanunların formalaşdırılması və administrasiyası üzrə səlahiyyətli olan ali orqandır. Nazirlik turistlərin cəlb olunması və səyahətçilərin yerləşdirilməsi, Qətər turizm sənayesinin genişləndirilməsi və şaxələndirilməsi, eləcə də turizmin rolunun ölkənin ÜDM-da artırılması, gələcək artım və sosial inkişaf üzrə məsuliyyət daşıyır.
QTA-nın işi 2030-cu il üzrə Qətər Milli Turizm Sektor Strategiyasına əsaslanır (QNTSS), strategiya 2014-cü ilin fevral ayında nəşr edilmiş və sənayenin gələcək inkişafı üçün planın hazırlanmasını nəzərdə tutur.
Vizadan azad olanlar Körfəz Əməkdaşlığı Şurası ölkələrinin (Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi) vətəndaşlarından Qətərə daxil olmaq üçün viza tələb olunmur.
Ziyarətçilər üçün vizalar Aşağıda siyahısı verilən 34 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 180 gün etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 90 gün qalmağa icazə verir. 1. Avstriya
2. Baham adaları
3. Belçika
4. Bolqarıstan
5. Xorvatiya
6. Kipr
7. Çexiya Respublikası
8. Danimarka
9. Estoniya
10. Finlandiya
11. Fransa
12. Almaniya13. Yunanıstan
14. Macarıstan
15. İslandiya
16. İtaliya
17. Latviya
18. Lixtenşteyn
19. Litva
20. Lüksemburq
21. Malayziya
22. Malta
23. Niderland
24. Norveç25. Polşa
26. Portuqaliya
27. Rumıniya
28. Seyşel adaları
29. Slovakiya
30. Sloveniya
31. İspaniya
32. İsveç
33. İsveçrə
34. Türkiyə
Aşağıda siyahısı verilən 46 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 30 gün müddətində etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 30 günədək qalmağa icazə verir. Bu vizasız rejim əlavə 30 gün də artırıla bilər. 1. Andorra
2. Argentina
3. Avstraliya
4. Azərbaycan
5. Belarus
6. Boliviya
7. Braziliya
8. Bruney
9. Kanada
10. Çili
11. Çin
12. Kolumbiya
13. Kosta Rika
14. Kuba
15. Ekvador
16. Gürcüstan17. Quyana
18. Honq-Konq
19. Hindistan
20. İndoneziya
21. İrlandiya
22. Yaponiya
23. Qazaxıstan
24. Livan
25. Makedoniya
26. Maldiv adaları
27. Meksika
28. Moldova
29. Monako
30. Yeni Zelandiya
31. Panama
32. Paraqvay33. Peru
34. Rusiya
35. San Marino
36. Sinqapur
37. Cənubi Afrika
38. Cənubi Koreya
39. Surinam
40. Tayland
41. Ukrayna
42. Birləşmiş Krallıq
43. Birləşmiş Ştatlar
44. Uruqvay
45. Vatikan
46. Venesuela
Qatar Turist Vizası İstənilən hava yolu şirkəti ilə uçuş həyata keçirən Qətər ziyarətçiləri Qətər Turist Vizası üçün onlayn müraciət edə bilərlər. Müraciət ünvanlamaq üçün, ziyarətçilərdən aşağıdakılar tələb olunur: Onlayn form doldurmaq Tələb olunan sənədləri (skan edilmiş pasport və şəxsi fotolar daxil olmaqla)təqdim etmək Hava yolu rezervasiya məlumatları Etibarlı kredit kartdan istifadə etməklə ödənişin onlayn həyata keçirilməsi
Qatar Airways ilə Qətərə səfər edən ziyarətçilər Qətər Turist Vizası əldəetmə prosesinə sərnişin və istənilən müşayiət edən şəxslər üçün eyni rezervasiya əsasında müraciət edə bilərlər.
Qatar Tranzit Vizası Qatar Airways ilə Qətərdən tranzit olaraq istifadə edən bütün ölkələrin sərnişinləri 96 saatlıq pulsuz Tranzit Vizası üçün müraciət etmək hüququna malikdirlər. Buna baxmayaraq, burada tətbiq olunan müəyyən şərt və müddəalar vardır, belə ki, vizaların təqdimatı yalnız Qatarın Daxili İşlər Nazirliyininsəlahiyyətindədir.
Körfəz Əməkdaşlığı Şurası Vətəndaşları üçün Səfər Vizası Körfəz Əməkdaşlıq Şurasının(KƏŞ) vətəndaşları təsdiq olunmuş ixtisasa malikdirlərsə və onları müşayiət edən şəxslər Qətərə daxil olduqda KƏŞ Vətəndaşları üçün Səfər Vizası əldə edə bilərlər. 100 QAR müqabilində kredit kartı vasitəsilə ödəniş etməklə əldə edilə bilən tək girişli viza 30 gün müddətində etibarlıdır və əlavə üç ay müddətinə yenilənə bilər. Bu viza sxemindən istifadə etmək istəyən ziyarətçilərdən Qətərə daxil olan zaman öz ixtisaslarını qeyd etməklə rəsmi sənədləri təqdim etmələri xahiş oluna bilər.
İstinadlar
Xarici linklər Qətər Turizm Agentliyi Qətər Daxili İşlər Nazirliyi Ziyarətçilər üçün vizalar
Kateqoriya:Qətər iqtisadiyyatı Kateqoriya:Qətər cəmiyyəti Kateqoriya:Qətərdə turizm Kateqoriya:Turist təşkilatları