Danil Piri oğlu Quliyev () — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı.

Həyatı Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub.

1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub.

1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub.

O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Bakı Ali Partiya Məktəbinin rektorları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:SSRİ universitetlərinin rektorları