Böyük Çeremşan — Rusiya Federasiyasının Tatarıstan Respublikasında, Samara və Ulyanovsk vilayətlərində çayBÖYÜK ÇEREMŞAN . ensiklopediya.gov.az. Volqanın sol qolu.
Uzunluğu 336 km, hövzəsinin sahəsi isə 11,5 min km2-dir.
Buqulma-Belebey yüksəkliyindən başlanır, Kuybışev su anbarına tökülür.
Əsas qolları Böyük Sulça və sağdan Kiçik Çeremşandır.
Əsasən, qar suları ilə qidalanır.
Mənsəbində ortaillik su sərfi 36,1 m3/san-dir.
Noyabrın axırlarından aprelin ortalarınadək donmuş olur.
Volqa üzərində SES-in tikilməsi ilə əlaqədar aşağı axını Dimitrovqrad şəhərinədək su altında qalmışdır.
İstinadlar
Kateqoriya:Tatarıstan çayları Kateqoriya:Volqanın qolları