Pəmbək dağ silsiləsi — Ermənistanın Gürcüstanla sərhəddində Pəmbək dağ silsiləsi yerləşir. Keçmişdə yaylaq yerləri olmuş bu ərazi qədimlərdən türk tayfalarının məskənidir.

Toponimiyası Oronimin Azərbaycan türkləri içərisində tələffüz forması Bəmbək, orta əsr erməni mənbələrində Pambak kimidir. Əsli Bambakdır. Dağın adı Altay (türk, tunqus, mancur) dillərində geniş yayılmış bom, boom "çay vadisinin dar hissəsində hündür, sıldırım qaya", "çay sahilində hündür qaya-burun"Дневник Закария Акулисского. Ереван, 1939. və bak, bək "təpə" sözlərindən ibarətdir. İlk baxışda oronimin bam komponenti ilə bom (boom) sözünün eyniliyi şübhə doğura bilər. Lakin V. V. Radlov hələ keçən əsrdə yazmışdı ki, qırğızlarda bom sözü buam (yakutlarda buom) kimi tələffüz olunurV. V. Radlov. Краткий отчет о поездке в Семиречнюю область и на Иссык-Куль летом 1859 г. "Известия Русского географического обшества", 1870, № 6. Buradan belə nəticəyə gəlmək olar ki, bu sözün həm bom, həm də buam (danışıqda "u" və "a" səslərinin yanaşı durması ilə əlaqədar olaraq — "bam") forması möv-cud olmuşdur. Maraqlıdır ki, XIX əsrdə Şimali-Qafqazda — Maykop əyalətində də bir dağ Pəmbək adlanırdıОбозрение Российских владений за Кавказом. Спб., 1836.Nizaməddin Ş. Zəfərnamə. Bakı, 1980.. "Kitabi-Dədə Qorqud" eposunda adı çəkilən Bambam. Kitabi=Dədə Qorqud. Bakı, 1988.Бартольд В.В. Сочинения. том П, Ч. I. toponimi ehtimal ki, (katiblərin səhvi üzündən) "Bambak" adının yazılışıdır. Ağrıdaq (Ararat) silsiləsində bir dağın Bambul adlanması da diqqəti cəlb edir. Bu ad bamb ("b" səsi danışıqda əlavə olunmadır) və türk dillərində ul "yüksəklik", "dağ" (147, 1, 594) sözlərindən ibarətdir. Cənubi Sibirdə Meçin-Ul, Terqen-Ul dağ adları varМурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.. Pəmbək oroniminin "bək" hissəsi isə Azərbaycanda və Ermənistanda bir sıra toponimlərdə olduğu kimi, qədim türk dillərində "təpə", "yüksəklik" mənasındadır və bu söz Ermənistanda bir neçə yaşayış məntəqəsisinin adında əksini tapmışdır. Dağın adı ilə bağlı olaraq Ermənistanda Pəmbəkçay və Pəmbəkkənd adları da olmuşdur. Bu adlar barədə lüğətdə məlumat verilmişdir.

Zirvələri Pəmbək dağ silsiləsinin bir zirvəsi Maymaq adlanır. Maymaq əslində oradakı qədim ziyarətgahın adıdır; deməli, dağ pirin adı ilə adlanmışdır. Ehtimal ki, pir qədim türklərin Umay (May ana) ilahəsinin adından ibarətdir. Qədim türklərdə bu ilahə körpələrə himayəlik edən kölgəsiz quş kimi təsəvvür olunurdu. XIX əsrin əvvəllərində Pəmbək dağ silsiləsinin aşağıdakı zirvə adları qeyd olunmuşdur: Böyük Buğutlu, Kiçik Buğutlu, Cəngi, Sudaqan, Qarnıyarıq, Misxana, Ulyaşik, Şəkərbaşı, Eşşəkmeydan, Eşşəkquduran, Alapapax və b.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.. Buralar həm də Azərbaycan türklərinin yaylaq yerləri idi.B. Ə. Budaqov, Q. Ə. Qeybullayev "ERMƏNİSTANDA AZƏRBAYCAN MƏNŞƏLİ TOPONİMLƏRİN İZAHLI LÜĞƏTİ "

Həmçinin bax Ağbaba (dağ) Alagöz dağı

İstinadlar

Kateqoriya:Ermənistan sıradağları Kateqoriya:Dağ zirvəsi – üçminliklər