Teptyarlar və ya Tiptərlər (rusca teptyari / tiptyari (тептяри / типтяри)) (başqırdca tiptərźər (типтәрҙәр) və tatarca tiptərlər (типтәрләр)) — XVII əsrdə Başqırdıstanda tanınan sosial qrupun adı.

Bəzi tədqiqatçılar onları sinif (А. Z. Asfandiyarov, R. N. Raximov), bəzi tədqiqatçılar isə etno-sinif qrup hesab edir (R. Q. Kuzeyev, D. M. İsxakov).

Adlarının kökündə bir çox mütəxəssisin fikrincə ərəb və fars dillərindəki "dəftər" sözü (qeydiyyata düşən bir toplum olduqlarına görə) durur. left|thumb| Teptyar alaylarının sıravisi, 1819–1825.

Formalaşması Teptyarların formalaşması müasir Başqırdıstan ərazisində və Tatarıstanın şərq rayonlarında baş vermişdir. Diyarın ilk təsvirini verən G. Georgi, P. Pallas, P. İ. Rıçkov və başqaları teptyarları bölgənin əhalisi içərisində qeyd edir.

Erkən dövlərdə bu qrupun mövcudluğu və onun tərkibi çoxmillətli idi, onun tərkibində demək olar ki diyarın bütün xalqlarının nümayəndələrinə rast gəlinirdi: öz dilini və mədəni xüsusiyyətlərini qoruyub saxlayan udmurtlar, marilər, mordvalar, çuvaşlar, tatarlar və başqırdlar.

Bu sinfin tərkibində əsasən XVIII–XX əsrin əvvəllərində başqırd votçina sahibləri arasında boş torpaqlarda müəyyən şərtlər əsasında məskunlaşan şəxslər vardı.

U. X. Raxmatullin hesab edir ki, ilk teptyarlar öz icmasından sıxışdırılıb çıxarılan başqırdlar olmuşdur. Teptyarlar qrupuna daxil olmaq başqırdlar üçün ona möhkəm şəkildə bağlanmaq anlamına gəlmirdi. Əlverişli vəziyyətdə başqırd-teptyarlar yenidən öz icmalarına qayıda bilirdilər.Рахматуллин У.Х. Население Башкирии в XVII–XVIII вв. Вопросы формирования небашкирского населения. М.,1988. Lakin bu proses zamanla dəyişdi.

Əsasən qeydiyyatsız və şəraitsiz məskunlaşmış başqırd kəndliləri — teptyarlar üçün qoyulan müəyyən şərtlər onları torpağa bağlayır və oradan çıxıb gedə bilmirdilər. Çоxlu teptyarlar icmaya daxil olub icma üzvləri ilə bərabərhüquqlu səviyyəsinə gəlib çatdı və çox vaxt onları "yeni başqırdlar" adlandırırdılar.Əhmədov Rüstəm Vəli oğlu. Türk xalqlarının tarixi (XIII–XX əsrin əvvəlləri). Sumqayıt, 2013, s. 157–158

Sayları ++Rusiya imperiyasının quberniyalarının qəzaları üzrə teptyarların sayı — 1897-ci il əhali siyahıyaalınması üzrəQəzaTeptyarların sayıVyatski QuberniyasıYelabujskiy qəzası4220Sarapulskiy qəzası3568Perm QuberniyasıPerm qəzası30Krasnoufimsk qəzası3649Osinskiy qəzası1614Solkimaskiy qəzası2Samara QuberniyasıSamara qəzası2Buqulminskiy qəzası43568Buquruslanskiy qəzası4110Buzulukskiy qəzası4Orenburq QuberniyasıOrenburq qəzası2656Verxneuralskiy qəzası13276Orskiy qəzası1Troitskiy qəzası836Ufa QuberniyasıUfa qəzası9001Belebeyskiy qəzası6894Birskiy qəzası440Zlatoustovskiy qəzası4945Menzelinskiy qəzası14875Sterlitamakskiy qəzası3800 Siyahıyaalınmalara görə teptyarların sayı: 1735-ci ildə — 11.294 nəfər, 1767-ci ildə — 33.656 nəfər, 1796-cı ildə — 52.193 nəfər, 1834-cü ildə — 105.864 nəfər, 1858-ci ildə — kişi cinsindən 140.895 nəfər. 1897-ci ildə — kişi cinsindən 59.293 nəfər; 117.773 cəmi. 1926-cı ildə — 27.387 nəfər. Teptyarlar SSRİ-nin 1959-cu ildən sonra olan milliyyətlərin siyahıyaalınmalarında da xatırlanır. Hal-hazırda teptyarların əksəriyyəti tatar xalqının tərkibindədir.Исхаков Д.М. Тептяри. Опыт этностатистического изучения // Татарская нация: история и современное развитие : сборник. — Казань: 2002 Якупов Р.И. Тептяри. Этносоциальный феномен и научная проблема.. — Уфа: Гилем, 1998. Teptyarların bir hissəsi isə başqırdların tərkibinə daxil olub.

Həmçinin bax Başqırdlar Udmurtlar Marilər Mordvalar Çuvaşlar Tatarlar

Xarici keçidlər Якупов Р. И. Тептяри // Башкирская энциклопедия. — Уфа: ГАУН "Башкирская энциклопедия", 2013. — ISBN 978-5-88185-306-8. Татары и тептяри. Галигузов И.Ф. Народы Южного Урала: история и культура. -Магнитогорск, 2000. -Гл.2 — с.74–82 Тептяри – смесь финно-угров с тюркскими народами?  Татары-тептяри: популяционно-генетическая характеристика

İstinadlar

Kateqoriya:Başqırdıstan əhalisi Kateqoriya:Başqırdıstanın sosial strukturu Kateqoriya:Başqırdlar Kateqoriya:Tatarlar Kateqoriya:Başqırdıstan tarixi Kateqoriya:Zümrələr