Çyornoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir.

Coğrafiya Çyornoe təbii mənşəlli göldür. Tatarıstanın Laişevski rayonunda, Srednee Devyatovo kəndindən 3 km qərbdə yerləşir Закон РТ № 30-ЗРТ. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 345 metr, maksimal eni isə 170 metrdir. Su səthinin sahəsi 4,32 ha-dır. Orta dərinliyi 4 metr təşkil edir. Hidrologiya Su tutarının həcmi 170 min m³-dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir. Suyu sarı rəngdədir və iysizdir, minerallaşma 167 mq/l, şəffaflıq 230 sm-dir. Kimyavi tərkibi hidrokarbonatlı-kalsiumludur.

Mənbə

İstinadlar

Kateqoriya:Tatarıstan gölləri Kateqoriya:Tatarıstan təbiət abidələri