Lesnoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl.
Coğrafiya Lesnoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Bolşie Kabanı kəndindən 6,0 km şimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 470 metr, maksimal eni isə 100 metrdir. Su səthinin sahəsi 1,65 ha-dır. Orta dərinliyi 5 metr, maksimal dərinliyi 12 m təşkil edir.
Hidrologiya Su tutarının həcmi 120 min m³-dir. Qıdalanması qarışıqdır. Yeraltı və yağış suları ilə qıdalanır. Səviyyəsi dəyişməzdir. Suyu rəngsizdir, minerallaşma 85 mq/l, şəffaflıq 120 sm-dir. Kimyavi tərkibi hidrokarbonatlı-maqneziumludur.
Əhəmiyyəti Su tutarının suyu heyvanların suvarılmasında istifadə edilir. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir.
Mənbə
Kateqoriya:Tatarıstan gölləri Kateqoriya:Tatarıstan təbiət abidələri