Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu () — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində göz xəstəlikləri üzrə ixtisaslaşmış əsas elmi-tədqiqat müəssisəsidir. 2006-cı ildən baş direktoru Muxarram BikbovdurБикбов, Мухаррам Мухтарамович // Башкирская энциклопедия. — Уфа: ГАУН «Башкирская энциклопедия», 2015—2017. — ISBN 978-5-88185-306-8..
Tarixi İnstitutun əsası 1926-cı ildə qoyulmuşdur. Belə ki, 22 iyun 1926-cı ildə Başqırd MSSR Sağlamlıq Xalq Komissarı İdarə Heyətinin iclasında 1926-1927-ci illər üçün istehsal planı təsdiqlənərkən Ufada Traxoma İnstitutunun açılması qərara alınmışdır. Sonrakı arxiv sənədlərində qeyd olunur ki, SSRİ Xalq Komissarları Sovetinin 15noyabr 1926-cı il tarixli qərarına əsasən həmin qurum Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna çevrilmişdir.
Rəhbərləri thumb|Muxarram Bikbov İnstituta istedadlı tədqiqatçıların cəlb edilməsində və institutun əmək qabiliyyətli komandasının yaradılmasında müxtəlif vaxtlarda bu quruma rəhbərlik etmiş şəxslərin böyük rolu olmuşdur: 1926—1933 — Viktor Odintsov 1934—1944 — Vladimir Spasskiy 1945—1954 — Qabdulla Kudoyarov 1955—1958 — Maqrifa Tanatarova 1959—1965 — Saida Xalitova 1965—1980 — Maqsuda Kalmetyeva 1980—2005 — Marat Aznabayev 2006-cı ildən — Muxarram Bikbov
İnstitutun strukturu İnstitutun strukturu tədqiqat və elmi-istehsalat şöbələrindən ibarətdir. Tədqiqat şöbəsində 4 elmi şöbə vardır: kornea və lens əməliyyatı; uşaqlarda rekonstruktiv göz əməliyyatı; vitreoretinal və lazer cərrahiyyəsi; gözlərin yoluxucu xəstəlikləri.
Kollektivi thumb|center|400px|İnstitutun kollektivi
Uğurları İnstitut Rusiya Federasiyasının 75 müəllif şəhadətnaməsi və patentini almışdır.
İstinadlar
Xarici keçidlər
Сайт Академии наук РБ Сайт Российская офтальмология. Онлайн Статья в Башкортостан:Краткая энциклопедия
Kateqoriya:1926-cı ildə yarananlar Kateqoriya:Ufada səhiyyə Kateqoriya:Ufada elm Kateqoriya:Ufada təhsil