Bafetimbi Qomis (; ) - Seneqal əsilli fransız futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Qalatasaray’da oynayır.

Klub karyerası

Sent-Etyen Bafetimbi, peşəkar karyerasına Sent-Etyen’də başladı. Daha sonra icarə əsasında Troyes’ə transfer olundu. Bu klubda 13 oyunda 6 qol vurdu. 2009-cu ildə Sent-Etyen’lə yollarını ayırdı.

Olimpik Lion Qomis 2009-cu ildə ölkəsinin Olimpik Lion klubu ilə 13 milyon avro qarşılığında 5 illik müqavilə imzaladı. Bafetimbi, Sent-Etyen’in Olimpik Lion’a göndərdiyi 6-cı futbolçu olmuşdur.

Suonsi Siti 2014-cü ildə İngiltərə klublarından Suonsi Siti ilə 4 illik müqavilə imzaladı. Futbolçu ilk qolunu Arsenal’a qarşı atdı.

Olimpik Marsel Qomis 2016-cı ildə icarə əsasında Olimpik Marsel’ə keçdi. İlk oyununa Tuluz qarşısında çıxdı. Matç 0-0 hesabı ilə bitdi.

Qalatasaray

2017-2018 mövsümü UEFA Avropa Liqası Bu klubdakı debütünü UEFA Avropa Liqası II təsnifat mərhələsində Östersund qarşısında etdi. Qalatasaray rəqibinə 2-0 hesabı ilə məğlub oldu. Qomis 68. dəqiqə meydanda qala bildi. İkinci oyunda 90. dəqiqə meydanda qalan futbolçu Qalatasarayın UEFA Avropa Liqasına vəda etməsinin qarşısını ala bilmədi.

Al-Hilal Saudi 2018-2022 mövsümü Qalatasaray klubundan maaş probleminə görə ayrılan futbolçu 6 milyon avro qarşılığında Al-Hilal Saudi klubuna transfer oldu. Yeni klubu ilədə artıq bir çox kuboklar qazanmışdır.

Al Hilal karyerası ərzində 151 oyun keçirmiş, 116 qol vurmuş və 18 ötürmə etmişdir.

Qazandığı kuboklar:

AFC Çempiyonlar Liqası - 2 Səudi Ərəbistan Liqası - 2 Super Kubok - 1 Kral Kuboku - 1 Liqdə qol krallığı AFC Çempiyonlar Liqası qol krallığı

Qalatasaray

2022-davam edir Al-Hilal klubundan ayrılan futbolçu qış transfer pəncərəsində yenidən Qalatasaraya transfer olmuşdur.

İstinadlar

Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Suonsi Siti FK Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Sent-Etyen AS futbolçuları Kateqoriya:Trua FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Uelsdə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları