Telman Xəlilov Abdul Həmid oğlu () — coğrafiya elmləri doktoru, professor.
Həyatı Xəlilov Telman Abdul Həmid oğlu 1938-ci il oktyabrın 26-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1959-cu ildə Bakı Dövlət Universitetinə keçirilmişdir. 1962-ci ildə universiteti " Coğraf bioloq" ixtisası üzrə bitirmişdir. 1964–1974-cü illərdə EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləmiş, 1966-cı ildə aspiranturaya daxil olub.
30 avqust 2024-cü ildə vəfat edib.
Elmi fəaliyyəti 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, k.t.e.n.alimlik dərəcəsi, 1981-ci ildə isə "Baş elmi işçi" elmi adı almışdır.
1974–1994-cü illərdə Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya institutunda baş elmi işçi, meliorativ torpaqşünaslıq laboratoriyasının müdiri işləmiş, institutun Elmi şurasının üzvü seçilmişdir.
1978–1980 və 1983–1986-cı illərdə sovet kontraktlarının tərkibində Suriya Ərəb Respublikasında "Hələb torpaqlarının baş suvarma" planının hazırlamasında mühəndis torpaqşünas vəzifəsinə uzunmüddətli xarici ezamiyyətdə olmuşdur.
1994–1996-cı illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Elmi və Təhsil idarəsində "baş mütəxəssis" vəzifəsində işləmiş, bir neçə ET-institutlarının kuratoru olmuş, Elmi şuraların üzvü seçilmişdir.
1996-cı ildən BDU-nun "Ətraf mühiti mühafizə" kafedrasında dosent vəzifəsinə seçilmişdir.
2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edərək, coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Universitetin professorudur.
Elmi məqalələri Moskva, Novosibirsk, İran, Bakı, Gəncə və s. şəhərlərdə bir məqaləsi ABŞ-də ingilis dilində çap olunmuşdur. Çoxsaylı elmi hesabatların həm müəllifidir. T. Xəlilov Bakıda, Moskvada, Novosibirskdə, Tehranda, Daşkənddə, Tbilisdə qurultay, konfran, simpozium və simenarlarda məruzələrlə çıxış etmişdir. Beynəlxalq və Azərbaycan torpaqşünaslıq cəmiyyətinin üzvüdür. T. Xəlilov V. İ. Leninin 100 illiyinə həsr olunmuş medal və bir sıra fəxri fərmanlarla mükafatlandırılmışdır.B. Budaqov. Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh 228
Elmi əsərləri 2008, Kiçik Qafqazın şimal-şərq yamacında dağ-meşə torpaqlarının bəzi ekoloji məsələləri
2008, Гармония человека с природой
2008, Naxçıvan MR Şərur və Sədərək rayonu torpaqlarının ekoloji meliorativ vəziyyətinin qiymətləndirilməsi
2007, Qarabağ düzünün meliorasiya olunan sodalı torpaqlarının kənd təsərrüfatı bitkiləri altında mənimsənilməsinin təsiri
2007, Sunamilər və onların törətdikləri fəlakətlərin nəticələrinin azaldılması
2007, Aridləşmə və səhralaşma torpaqların münbitliyini azaldır
2007, Unudulmaz alim (akad. H. Əliyevin 100 illiynə həsr olunmuş konfrans)
2006, Azərbaycanda turizmin inkişafının ekoloji-iqtisadi aspektləri
2006, Azərbaycanın ekocoğrafi problemləri
2005, Şirvan düzündə meliorasiya olunmuş torpaqların kənd təsərrüfatı bitkiləri altında ilkin mənimsənilməsinin məhsuldarlığına təsiri
2005, Kür-Araz ovalığının Şirvan düzündə və Suriya Ərəb Respublikasının şimal vilayətində torpaqların təbii meliorativ rayonlaşdırılması
2005, Kür-Araz ovalığının hidrotexniki qüsurları və ekoloji gərginlikləri
2004, Səhraların ekologiyası və ekoloji ekspertiza məqsədilə informasiya sistemlərinin yaradılması
2004, Kür-Araz ovalığının və Suriya Respublikasının meliorasiya olunan torpaqlarının ekoloji şəraiti və müqayisəli səciyyəsi
2004, Azərbaycan və Suriya Ərəb respublikasının arid zonalarında meliorasiya olunan torpaqlardan səmərəli istifadə edilməsinin müqayisəli səciyyəsi
2004, Kür-Araz ovalığında torpaq meliorativ tədqiqatların tarixi icmalı və torpaqların əsas genetik xüsusiyyətlərinin öyrənilməsi
Kitablar 2003-Suriya ərəb respublikasının təbii şəraiti və torpaq-ekoloji səciyyəsi
Həmçinin bax Zibeydə Yusifbəyova
Vaqif Məmmədov (coğrafiyaçı)
Xarici keçidlər Xəlilov Telman
İstinadlar
Kateqoriya:Coğrafiya elmləri doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Bakıda doğulanlar