Fironlar kanalı (dörd çarın kanalıСоветская историческая энциклопедия. Суэцкий канал. том. 13, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdurАристотель. Метеорологика, I, 14, 58.. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlərСтрабон. «География» , II, 31..
Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır. Kanalardan biri Nilin delta başlanğıcından bir qədər aşağıdan, digəri isə Bubastisdən şərqdən başlayırdı. Ehtimal olunur ki, sonrakı dövrlərdə kanal istifadə olunmamış və tədricən qumla dolaraq yararsız vəzyyətə düşmüşdür.
Herodota görə firon Nexonun zamanında yenidən Nil və Qırmızı dənizi birləşdirən kanalın çəkilişinə cəhd göstərilmişdirГеродот. История (Геродот), II, 158—159 и IV, 42. Kanal "dörd günlük yol" uzunluğunda, eni isə iki triyeranın yanaşı asanlıqla üzə biləcəyi ölçüdə idi. Kanal çəkilişində 120 000 misirli tələf olmuş, ancaq kanalın çəkilişi orakulun öncəgörməsinə əsasən dayandırlmışdır: "kanalın tikintisi ancaq barbarların xeyirinə idi". Ehtimal olunur ki, kanalın çəkilişində daha çox yunanlar maraqlı idi.
left|270px|thumb|Daranın yüksətdiyi daş kitabənin yuxarı hissəsi. Qranit. E.ə. 518—515 illər.
E.ə. 525-ci il də Misir Əhəmənilər dövlətinin tərkibinə daxil edildi. Əhəməni çarı I Daranın zamanında Misirlə yanaşı Kiçik Asiyanın böyük bir hissəsi və Hindistana gedən ticari yol əhəmənilərin nəzarəti altında idi. I Dara ticarəti genişləndirmək məqsədi ilə kanalın çəkilişinə qərar verdi. Herodota görə Daranın göstərişi ilə yunan dənizçisi Skilak Hind çayı və Fars körfəzi sahilləri boyu üzərək sübüt etdi ki, Hindistanla Misir arasında bir-başa dəniz əlaqəsi mövcuddur.Геродот. История, IV, 44.. Aristotel, Strabon, Böyük Pliniy və Siciliyalı Diodora görəДиодор Сицилийский. Историческая библиотека, I, 33. farslar tikintidə uğursuzluğa düçar oldular (Herodot göstərir ki, I Dara ancaq II Nexonun lahiyyəsini həyata keçirmək istəyirdi). Arxeoloji tapıntılar isə bunun əksini sübüt edir: kanal yatağı boyunca çarın əmri ilə bir-neçə qranit daş kitabələr ucaldılmışdır. Kitabədə misir, qədim fars, elam və akkad dillərində məlumat yazılmışdır. Yaxşı saxlanılmış bu kitabələr müasir Süveyş kanalının tikintisi zamanı aşkar olunmuşdur. Ehtimal olunur ki, I Dara kanalın tikintisi zamanı II Nexonun çəkdiyi kanal yatağından istifadə etmişdir.
Ellinizm epoxası və roma Misiri Sonrakı əsrlərdə kanal yenidən yararsız hala düşmüş və II Ptolemey tərəfindən yenidən qurulmuşdur. Tel El-Masxutda, misir dilində yazılmış Pifom kitabəsində məlumat verilir ki, bu hadisə çarın altıncı hakimiyyət ilində baş vermiş. Yəni e. ə. 277-ci ildə.II Ptolemey e.ə. 285-ci ilə qədər atasının əlaqələndiricisi olmuş, e.ə. 283 və ya 282 ildən isə tək başına idarəçi olmuşdur. Siciliyalı Diodora görə II Ptolemeyin mühəndisləri «dahiyanə şlüz» qurmuşlar. Məhs bu şlüz hündürlüyün düşməsi problemini və çay suyunun şorlaşmasının qarşısını almışdır. Kanalın Qırmızı dənizə çıxışında Arsinoya limanı inşa olunmuşdur. Limanın adı II Ptolemeyin ikinci arvadı II Arsinoyanın şərəfinə adlandırılmışdır. Nil deltasının Peluziya yaxınlığındakı qolunun tədricən quruması nəticəsində kanal artıq VII Kleopatranın zamanında gəmiçilik üçün yararsız vəziyyətə düşmüşdür. Kanal yenidən roma imperatoru Trayanın zamanında bərpa olunmuş və artıq «Trayan çayı» adını almışdır»БСЭ3. Суэцкий канал. ()Кравчук, Александр (историк). Галерея римских императоров. Принципат. М. У-Фактория, Астрель, ОГИЗ. 2010. 512. Историческая библиотека. ISBN 978-5-271-26532-7, ISBN 978-5-9757-0496-2. Ərəb istilası dövrü Misirin ərəblər tərəfindən işğalından sonra, 642-ci ildə Əmr ibn As tərəfindən kanal yenidən bərpa olunmuşdur və «Sadiqlərin Rəbbi kanalı» adını almışdır (). Kanaldan daha çox Ərəbistan yarımadasını buğda ilə təmin etmək məqsədi ilə istifadə edirdilər. Ancaq 767-ci ildə kanal Abu Cəfər əl-Mansurun əmri ilə doldurulmuşdur. Məqsəd isə ticarət yollarını Ərəb xilafətinin mərkəzi hissələrinə yönəltmək idi. Məhs bu dövrdə xilafətin paytaxtı Ərəbistandan İraqa köçürülmüşdür. Osmanlı dövrü Kanalın əhəmiyyəti bir də təqribən 1000 il sonra üzə çıxdı. 1569-cu ildə Osmanlı İmperiyasının böyük vəziri Sokollu Mehmed Paşanın əmri ilə kanalın bərpası planı hazırlandı. Ancaq bu plan həyata keçirilmədi.Hindistana ən qısa yol-Süveyş kanalı «Daşınmaz əmlak» jurnalı. 2014. № 50. səh:56-57. Maraqlıdır Napoleon Bonapart Misir səfəri zamanı Süveyş yaxınlığında fironlar kanalını ziyarət etmişdir. Napoleon kanalı eni və dərinliyi bir atlının asanca gizlənə biləcək yarğan formasında təsvir etmişdir.Наполеон. Воспоминания и военно-исторические произведения. М. СБА. 1994. 438. 704. Всемирная история. ISBN 5-87164-012-2. İstinadlar
Mənbə Arabia, Greece and Byzantium Cultural Contacts in Ancient and Medieval Times
Kateqoriya:Qədim Misir coğrafiyası Kateqoriya:Əhəməni Misiri Kateqoriya:Süveyş kanalı