Reyqan doktrinası () — Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqanın Soyuq müharibənin son illərində Sovet İttifaqı və kommunistlərin dünya üzərindəki təsirini yox etməyi qarşısına məqsəd qoyan xarici siyasət strategiyasıdır. Bu doktrina 10 ildən az bir müddət istifadə olunsa da 1980-ci illərdən SSRİ-nin dağıldığı 1991-ci ilə qədər ABŞ xarici siyasətinin mərkəzində olmuşdur.
Reyqan doktrinası çərçivəsində ABŞ SSRİ-nin dəstəklədiyi Afrika, Asiya və Latın Amerikasındakı sosialist ölkələrdəki anti-kommunizm meyilli hərəkatlara açıq və ya gizli dəstək vermişdir. Doktrinanın əsas məqsədi Sovet İttifaqının təsirinin güclü olduğu ölkələrdə bu təsiri azaltmaqdan ibarət olmuşdur. Bu çərçivədə Əfqanıstanda mücahidlər, Anqolada Jonaş Savimbinin rəhbərlik etdiyi UNİTA və Nikaraquada Kontras kimi hərəkatlar ABŞ hökuməti tərəfindən dəstəklənmişdir.
Doktrina Corc Buşun hakimiyyəti dövründə də davam etmiş, lakin Soyuq müharibənin sonlarına doğru təsiri azalmışdır. Doktrinanın sona çatmasına SSRİ-nin dağılması və prezident Buşun iqtisadi məsələlərlə bağlı olaraq hərbi xərcləri azaltması qərarı səbəb olmuşdur.
Həmçinin bax SSRİ-nin dağılması Ronald Reyqan İran-Kontras qalmaqalı Monro doktrinası
İstinadlar
Xarici keçidlər The Reagan Doctrine: Sources of American Conduct in the Cold War's Last Chapter, by Mark P. Lagon, Praeger Publishers, 1994. "A U.S. Strategy to Foster Human Rights in Ethiopia" , by Michael Johns, Heritage Foundation Backgrounder # 692, February 23, 1989. "The Contras, Cocaine, and Covert Operations", by Gary Webb, National Security Archive, George Washington University, August 1996.
Kateqoriya:Soyuq müharibə Kateqoriya:ABŞ–SSRİ münasibətləri Kateqoriya:XX əsrdəki münaqişələr Kateqoriya:Sovet İttifaqının parçalanması Kateqoriya:XX əsrin müharibələri Kateqoriya:Antikommunizm Kateqoriya:Antiimperializm Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi Kateqoriya:XX əsrdə beynəlxalq münasibətlər Kateqoriya:ABŞ-nin xarici əlaqələri tarixi Kateqoriya:Eponim siyasi ideologiyalar