Kevin Fayqi (2 iyun 1973, Boston) – amerikalı film prodüseri və Marvel Studios-un prezidenti. Fayqi tərəfindən istehsal olunan filmlər ümumilikdə bütün dünyada 10 milyard $ gəlir əldə etmişdir.

Həyatı və karyerası Fayqi həyatının 10 ilini Nyu-Cersidə keçirib. Babası 1950-ci illərdə televiziya prodüseri olub, "Yol göstərən işıq" və "Dünya dönən kimi" sabun operalarında işləyib.

Liseyi bitirəndən sonra sevimli rejissorları Robert Zemekis, Ron Hovard və Corc Lukasın da oxuduğu Cənubi Kaliforniya Universitetinə müraciət edib. İlk beş müraciəti rədd olunsa da, altıncı cəhddə universitetə qəbul olunub.

Onun ilk işləri Louren Şoler Donnerə "Sizə məktub var" və "Vulkan" filmlərində kömək etmək olub.

2000-ci ildə Marvel tərəfindən prodüser kimi işə alınıb.

Film prodüserliyi İlk İks-adamlar filminin istehsalı zamanı Donner onun Marvel kainatı sahəsində biliklərinə görə Fayqini prodüser təyin edib. Avi Arad onun fəaliyyətindən təsirlənib və Fayqi Marvel Studios üçün işləməyə başlayıb. 2007-ci ilin martında isə Marvel Studios-un prezidenti təyin edilib. Marvel Studios-la olan müqaviləsi 2018-ci ildə başa çatacaqdır.

Şəxsi həyatı 2014-cü ildən Keytlin ilə evlidir.

Filmoqrafiya

Bədii filmlər İl Başlıq Rol Qeydlər1998BleydProdüser2000İks-adamlarProdüser 2003Dəlisov Prodüser 2003X2 Prodüser 2003Halk İcraçı prodüser 2004Cəzalandırıcı İcraçı prodüser 2004Hörümçək-adam 2 İcraçı prodüser 2004Bleyd: Üçlük Prodüser 2005Elektra Prodüser 2005Şey adam İcraçı prodüser 2005Fantastik dördlük İcraçı prodüser2006İks-adamlar: Son müqavimət İcraçı prodüser 2007Hörümçək-adam 3 İcraçı prodüser 2007Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi İcraçı prodüser 2008Dəmir adam Prodüser Avi Arad ilə 2008İnanılmaz Halk Prodüser Avi Arad və Qeyl Ann Hard ilə 2008Cəzalandırıcı: Müharibə zonasıİcraçı prodüser2010Dəmir adam 2 Prodüser 2011Tor Prodüser 2011Tor: Asqard nağıllarıİcraçı prodüserCizgi film 2011Birinci qisasçı Prodüser 2012Qisasçılar Prodüser 2012Yeni Hörümçək-adamİcraçı prodüser 2013Dəmir adam 3 Prodüser 2013Tor 2: Zülmət aləmi Prodüser 2014Birinci qisasçı: Başqa müharibə Prodüser 2014Qalaktika Mühafizəçiləri Prodüser 2015Qisasçılar: Altron dövrü Prodüser 2015Qarışqa-adam Prodüser 2016Birinci qisasçı: Qarşıdurma Prodüser 2016Doktor Strenc Prodüser 2017Qalaktika Mühafizəçiləri 2 Prodüser 2017Hörümçək-adam: Evə qayıdış Prodüser Emi Paskal 2017Tor: Raqnarok Prodüser 2018Qara Pantera Prodüser 2018Qisasçılar: Sonsuzluq müharibəsi Prodüser 2018 Qarışqa-adam və Eşşək arısı Prodüser 2019Başlıqsız Qisasçılar filmi Prodüser

Televiziya İllər Başlıq Rol 'Qeydlər |- |2008–2012 |Dəmir adam: Zirehli macəralar|İcraçı prodüser

|2009 |Şimal porsuğu və İks-adamlar|İcraçı prodüser

|2015–2016 |Casus Karter''İcraçı prodüser

Qısametrajlı filmlər İllər Başlıq Rol 'Qeydlər |- |2011 |Məsləhətçi|Producer

|2011 |Torun çəkicinə gedən yolda baş verən məzəli şey|prodüser

|2012 |Cisim 47|prodüser

|2013 |Casus Karter|prodüser

|2014 |Yaşasın Kral!''prodüser

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ kinoprodüserləri