Daewoo Nexia — Cənubi Koreyanın Daewoo kompaniyası tərəfindən hazırlanan avtomobil. Avtomobil 1984–1991-ci ildə istehsal olunmuş Opel Kadett E avtomobilinə əsaslanmışdır. 1996-cı ildən etibarən Özbəkistanın Asaka şəhərində istehsal olunur. Avtomobil MDB məkanından populyardır. 500000-dən çox avtomobil istehsal edilib.

Nexia I left|thumb|Birinci nəsil Nexia Daewoo Nexia — Opel Kadett E-nin əsasında yaradılmışdır və 1994-cü ildən etibarən istehsal olunur. Model Cənubi Koreyada Daewoo Cielo adı ilə satılırdı. Cənubi Koreya ilə yanaşı Daewoo Nexia 1996-cı ildən etibarən Daewoo-nun xarici filiallarında da istehsal olunmağa başlandı. 1998-ci ilə kimi Rostovda (Rusiyada) da Daewoo Nexia istehsal olunurdu. Hazırda model yalnız Özbəkistanın Asaka şəhərində istehsal olunur.

Avtomobil sedan kuzovludur. Hazırda avtomobil iki əsas komplektasiyalarda satılır: baza GL və genişləndirilmiş GLE. GLE versiyada dekorativ təkər qabaqları, atermal şüşələr, bəzək bamperləri və s. vardır. Avtomobil kondisionerlə təchiz olunmuşdur və bəzi modellərdə sükanın hidrogücləndiricisi var. 1996-cı ildən 2002-ci ilə kimi 1,5 L G15MF mühərriki ilə avtomobil təchiz olunmuşdur.

2002-ci ildə maşının özbək versiyasında ilk restaylinq olur. Nəticədə kuzov və mühərrik dəyişdirilir. Avtomobil A15MF mühərriki ilə təchiz olunur. Avtomobilin bu versiyası 2008-ci ilə kimi istehsal olunur.

2008-ci ilin restaylinqi left|thumb|300px|Nexia restaylinqdən sonra left|thumb|300px|Nexia restaylinqə kimi (sağda) və restaylinqdən sonra (solda) 2008-ci ildə UzDaewoo kompaniyası modelin restaylinqini etdi. Əsasən maşının qabaq və arxa bamperləri, optika, salon yeniləndi. Maşın Chevrolet Lanos maşının A15SMS mühərriki ilə və Chevrolet Lacetti avtomobilinin F16D3 mühərriki ilə təchiz olundu.

Nexia II 2015-ci ildən etibarən Daewoo Nexia avtomobilinin adı dəyişdirilərək Ravon Nexia oldu. Bununla yanaşı maşının dizaynı dəyişdirildi və Chevrolet Aveo T250 maşının dizaynına əsaslandı.

Qalereya

Kateqoriya:Daewoo Kateqoriya:1994-cü ildə təqdim edilən avtomobillər Kateqoriya:1995-ci ildə təqdim edilən avtomobillər